adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyul 2018 11:34
9947
GÜNDƏM
A- A+

AKİF NAĞININ 200 MİNLİK MÜLKÜ

Qarabağ Azadlıq Təşkilatının sədrini və təşkilatın bir neçə üzvünü keçmiş bir məktəb direktoru ( adı o qədər də önəmli deyil, bilənlər bilməyənlərə desinlər) məhkəməyə verib. Elə-belə, tum pulu bir 60 min manat da təzminat istəyir. Səbəb də onu göstərir ki, guya ona böhtan atıblar, işgüzar nüfuzuna xələl gətiriblər.

60 min manatdı də! Həbs olunmalarını və tutulub güllələnmələrini tələb eləmir ki?!

Onu da qeyd edək ki, həmin məktəb direktorunun Ermənistanın bayrağınımı-nəyinimi təbliğ eləməsi saytlarda və sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. QAT da məhz buna görə onu əlləşdirmişdi.

Akif Nağı, 60 min nədi, ver getsin. Bilirəm, heç 60 bitin də yoxdu, amma sənin məndə olan rəsmi məlumata görə, 200 minlik mülkün var. Onun açarlarını ver həmin direktora .

Hərçənd ki, sənin o 200 minlik mülkün, özü də gözəl bağı-bağçası ilə, Qarabağda işğal altda qalıb. Qoy məktəb direktoru 60 minini götürsün, 140 minini qaytarsın, sənin də əlin bir çörəyə çatsın.

Bəlkə məktəb direktoru özü ermənilərlə birtəhər dil tapa.