ANA SƏHİFƏ / DÜNYA

Kişi arvadını ayda bir dəfə döyə bilər - QƏRİBƏ QANUNLAR

7653    |   2018-07-11 12:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın bəzi ölkələrində, bir sıra əyalətlərində qeyri-adi qanunlar marağa səbəb olur. Adalet.az saytı xarici KİV-lərə istinadən həmin qanunları təqdim edir.

1. ABŞ-ın Florida ştatındasubay qadınların bazar günü paraşütlə tullanması həbslə cəzalandırıla bilər. Ştatdakı hansısa gözəllik salonunda saç qurudan zaman yatan qadın və salon sahibi cərimə ödəməlidir.

2. Butanda siqaret çəkmək havanı çirkləndirdiyi üçün qadağandır. Konstutsiyaya görə, ölkənin 60%-nin meşə olması mütləqdir.

3. Taylandda avtomobil idarə etdiyiniz zaman köynək geyinmək məcburiyyətindəsiniz. Alt paltarsız gəzmək də qadağandır.


4. Almaniyada evinizə girən bir oğruya yastıqla vurmaq və bıçaqlamaq arasında heç bir fərq yoxdur. İkisində də silahla bir insana hücum etmiş sayılırsınız və cəzalandırılırsınız.


5. Qapınızı çalıb sizdən tualet istəyən birini Şotlandiyada içəri almağa borclusunuz. Ölkədə bazar günləri balıq ovlamaq qadağandır. İnək sahibləri sərxoş ola bilməz.


6. İngiltərədə qadınlar ictimai nəqliyyatda şokolad yeyə bilməz. Eyni zamanda qadınların ictimai yerlərdə lüt gəzməsinə də icazə verilmir.Ölkədəki qu quşları Kraliçaya məxsus olduğu üçün öldürülməsi qadağandır.

7. Yağış yağanda çəmənlikləri sulamaq olmaz.Ölkədəki bütünqapılar və pəncərələr çəhrayı olmalıdır.Ağaca çıxmaq da qadağan olunub. Bu qanunlar isə Kanadayaaiddir.

8. Avstraliyada uşaqlara siqaret satılması qadağan olsa da, onların siqaret çəkməsinə icazə verilir.Ölkədəbazar günləri çəhrayı şalvar geyinmək qadağandır.

9. ABŞ-ın Alabama ştatında bazar günləri domino oynamaq olmaz.

10. Alyaska ştatında yatan bir ayının şəklini çəkmək yox, onu yuxudan oyandırmaq olmaz.

11. Arkanzasda heç bir canlı öldürülə bilməz, həşəratlar belə.Kişinin həyat yoldaşını ayda bir dəfə döyməsi normal, birdən çox döyməsi isə qadağandır. Little Rock qəsəbəsində küçədə öpüşənlər həbslə cəzalandırılır.

12. Miçiqan ştatında heyvan sahiblərinin heyvanların arasında yatması qadağandır.Ştatda qadının saçı qanuni olaraq həyat yoldaşına aiddir.

13. ABŞ-ın Pensilvanya əyalətində toy günü gəlin və ya bəydən biri sərxoşdursa, toy təxirə salınmalıdır.
Soyuducunun qapısı açıqkən önündə yatmaq qadağan olunub.Hamamda isə mahnı oxumaq olmaz.

14. ABŞ-ın Utah əyalətində kişi həyat yoldaşının törətdiyi hər cəzanın məsuliyyətini daşıyır.

15. Vaşinqtonda ictimai nəqliyyatda qadınların kişilərin qucağında arada yastıq olmadan oturması 6 aylıq həbslə cəzalandırılır. Şəhərdəailəsi zəngin olduğu üçün kimsəylə zarafat etmək, küçümsəmək olmaz.

16. Ohayoda maşının benzininin bitməsi qadağandır. Polislər xəbərdarlıq etmək məqsədilə itləri dişləyə bilərlər. Hansısa adamın üstünə ilan atmaq olmaz.



İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK