ANA SƏHİFƏ / MARAQLI

Evdə tək filmi haqqında bilmədiyimiz faktlar

5791    |   2018-07-11 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Home Alone (1990) Directed by Chris Columbus Shown: Macaulay Culkin (as Kevin McCallister)

Əfsanə 1990-cı ildə dünya ekranlarına çıxdı. Artıq 28 ildir ki, bütün dünya hər il Yeni İldə ekranlara daha yaxın oturur və sanki ilk dəfə imiş ki «Evdə tək» filmə baxır. Gözümüzü qırpmadan, həvəslə baxdığımız bu filmin kadr arxasında nələr baş verirdi? 


• Filmin büdcəsi 18 milyon dollar, dünya kassalarından yığılan məbləğ isə 447 milyon dollar təşkil etmişdir.

• Macaulay Culkinin sikveldən aldığı ilk qonorar cəmi 100 000 dollar təşkil edirdi. Ümumi olaraq Macaulay 8 milyon dollar qazandı və o ki var əyləndi.

• Aşağıdaki səhnəni xatırlayırsınız? Daniel Sternin üzündə olan tarantul həqiqi idi, lakin bilmədiyiniz kiçik bir sirr var. Aktyor qışqıran üz ifadəsini almalı, ancaq həşaratı qorxutmamaq üçün səsini çıxarmamalı idi. Səhnənin çəkilişi ilk cəhddən uğurlu alındı. Səs isə sonradan əlavə edildi.


• Harry rolunu canlandırmaq üçün Robert De Niro nəzərdə tutulmuşdu, lakin aktyor təklifi geri çevirdi. Peşmandırmı sizcə? Məncə hə!

• Əfsanəyə görə Elvis Presley «Evdə tək» filmində rol almışdır. «Necə?! Axı o, 1977-ci ildə həyatını itirdi» deyəcəksiniz siz. İndi isə fotoya baxın.

• Elvisin filmə çəkildiyində əmin deyilik, ancaq Donald Trumpın çəkildiyi dəqiqdir.

• Kevinin Bazzın otağında yeşikdə tapdığı çərçivədə guya Bazzın sevgilisinin şəkili idi. Əslində isə, şəkildə qız deyil, oğlan idi, çünki filmin direktoru Chris Columbus hər hansı qız uşağını lağa qoymağı qəddarlıq hesab edirdi.

• Kevinin oğrulara savaş açmaq üçün hazırladığı xəritəni həqiqətən də aktyor özü çəkmişdi.




• Kevinin tez-tez baxdığı «Angels with Filthy Souls» filmi xüsusi olaraq Evdə tək filmi üçün çəkilmişdir. Yəni əslində elə bir film yoxdur.

• Filmin rəsmi emblemi (əllərini üzünə sıxaraq qışqıran Kevin) Edvard Munchun The Scream əsərinə əsasən çəkilmişdir.

• Filmin maksimum təbii alınması üçün Joe Pesci balaca Macauleyin ondan həqiqətən qorxması üçün əlindən gələni edirdi. Hətta çəkiliş zamanı Joe azyaşlı aktyorun barmağını möhkəm dişləyərək zədələmişdi.

• Kevinin Talkboy markalı sevimli diktofonu da xüsusi olaraq film üçün hazırlanmışdı. Ancaq tələbat yarandıqdan sonra diktofon satış üçün istehsal olunmağa başladı.

• Tanış olun, bu isə Fuller Culkin, yəni Macaulay Culkinin doğma qardaşıdır.

• Kevinin ailəsinin yaşadığı ev Illinois ştatının Winnetka milyonçular kəndində, 671 Lincoln Ave ünvanında yerləşir. Bir ailə üçün nəzərdə tutulmuş 3 mərtəbəli villa 2011-ci ildə 2,4 milyon dollara satışa çıxarılmış və 2012-ci ildə 1,585 milyon dollara satılmışdır. Hal-hazırda villanın qapıları turistlər üçün açıqdır.




İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-09-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK