ANA SƏHİFƏ / MƏMLƏKƏT

Gəncədəki hadisələrin arxasında kimlər durur? - AÇIQLAMA

3361    |   2018-07-11 12:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gəncədə son günlər baş verən hadisələr, Gəncə şəhər icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin törədilməsi, ötən gün qanunsuz aksiya keçirmək istəyən 200-ə yaxın başıpozuq dəstənin Gəncənin baş meydanında polislərə qarşı qəddarlıqla sui-qəsd etmələri, iki polis zabitinin öldürülməsi onu göstərir ki, radikal dini qüvvələrin arxasında Azərbaycanın müstəqilliyini, güclənməsini istəməyən, Azərbaycanı parçalamaq, dağıtmaq, sabitliyini pozmaq istəyən qüvvələr dayanır".

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib. Onun sözlərinə görə, bu insanların hərəkətləri bir mərkəzdən idarə olunur:

"Adətən hər hansı aksiya, nümayiş keçirilərkən onun təşkilatçısı, məqsədi, şüarı məlum olur. Dünənki hadisədə hər hansı müraciət olmayıb, başında kimin durduğu bilinmir, məsuliyyəti kimin üzərinə götürdüyü bəlli deyil. Görünür ki, bu, iğtişaş üçün hazırlanmış qrup idi. Hüquq-mühafizə orqanları Gəncədə müvafiq işlər görürlər. Saxlanılan insanların istintaqı aparılır. Yəqin ki, yaxın vaxtlarda rəsmi bəyanat olacaq ki, bu işlərin arxasında kim dayanır”.

M.Quliyev qeyd edib ki, hadisə ilə bağlı Azərbaycanın ictimai-siyasi qüvvələri münasibətlərini bildirməli, mövqelərini ortaya qoymalıdırlar: "Bu hərəkəti lənətləməli və Azərbaycan prezidentinin, dövlətinin yanında olduqlarını bəyan etməlidirlər. Müxtəlif dini qurumlar, konfensiyalar da öz mövqelərini bildirməlidir ki, onlar da bunlara qarşıdırlar. Ekstremist qüvvələri təşkil edənlər, iştirakçılar Azərbaycan qanunlarının ən sərt tələbləri ilə cəzalandırılmalıdır”.

Deputat vurğulayıb ki, sosial şəbəkələrdə, müxtəlif saytlarda kimlərisə təhrik, çağırış edən insanlar aşkarlanmalı və onların haqqında lazımi iş görülməlidir. "Dövlətin maraqları tələb edirsə, müəyyən dövr ərzində sosial şəbəkələrin bağlanmasına da getmək olar. Gəncə hadisəsi bir siqnaldır. Ola bilər ki, başqa şəkildə belə hadisələr davam edər. Azərbaycan dövləti kifayət qədər güclüdür, hər şey güc orqanları, hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Azərbaycan xalqı bu insanlara heç bir dəstək vermir və nifrətini bildirir. Dünənki hadisə zamanı Gəncə əhalisinin bunları lənətləməsi və bu gün də eyni prosesin davam etməsi onu göstərir ki, həmin dəstədə olanlar hazırlanmış və məqsədli şəkildə ortaya atılmış radikal yönümlü insanlardır və onlara qarşı mübarizə aparılacaq”.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK