ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

3939    |   2018-07-11 11:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbi (BANM) 2018/2019-cu tədris ilindən MBA (Biznesin idarə olunması) proqramının tədrisinə başlayır.

Ali Məktəb tərəfindən bu istiqamət üzrə ilk dəfə qəbul elan olunmasına baxmayaraq magistraturaya qəbul olmaq arzusunda olan bu ilki tələbələrin böyük marağına səbəb olub. Belə ki, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılan "Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Magistr” jurnalına əsasən Ali Məktəbin MBA ixtisası üzrə elan etdiyi yerlərin hamısı dolmuşdur. BANM-a qəbul olmuş tələbələr sentyabr ayından etibarən Ali Məktəbin zəngin MBA proqramına başlayacaqlar.

BANM-ın MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram öz tələbələrinə rəqabətə davamlı karyera imkanları, əlverişli dərs qrafiki, adakemik mükəmməllik, geniş profesional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.

Ali Məktəbin MBA proqramında Strateji idarəetmə, Maliyyənin idarə olunması, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, İnformasiya Texnologiyalarının idarə olunması, Kapital qoyuluşu və Maliyyə strategiyaları və digər önəmli fənlərin tədrisi nəzərdə tutulub. BANM həmçinin MBA ixtisasında təhsil alacaq tələbələri üçün müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etmək və əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı yaradacaq.

Bakı Ali Neft Məktəbində MBA təhsili almağın daha bir üstünlüyü isə ondan ibarətdir ki, proqramı tədris edən müəllimlər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir.




İmza:

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

BŞTİ valideynlərin müraciətinə baxmır? - Şikayətə cavab

700 bal toplamış gənc: Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır

“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü

Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

Orta məktəblərdə daha bir PROBLEM

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Əslində hamı müəllimə nifrət eləyir - Oğuz Ayvaz yazır...

BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu

UNEC-də zəngin proqramlı “Oriyentasiya Günü” keçirilib

Kamal Abdulla Nardaranda mühazirə oxuyacaq

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu

SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK