adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Iyul 2018 11:19
8622
GÜNDƏM
A- A+

Dövlət Komitəsi: “Gəncədəki iğtişaşın dinlə əlaqəsi yoxdur”

"Dünən Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən qüvvələrdən istifadə edərək buna dini rəng verməyə çalışırlar"

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı ötən gün Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.

Komitə rəsmisi bildirib ki, təxribata cəhd edən qrupların göstəriş verənləri xaricdədir. "Bu məsələlər dövlətin müvafiq orqanları tərəfindən ciddi şəkildə araşdırılır. Bütün məsələlər məlum olacaq və hər kəs cəzasını alacaq. Bu hadisə millətə, dövlətə qarşı xəyanətdir, xalqın əleyhinə olan hərəkətdir, Azərbaycanın qüdrətlənməsini, güclənməsini istəməyən, xüsusilə xarici dairələrin və onların yerlərdəki əlaltılarının fitnəkarlığıdır, arxadan vurduqları zərbədir. Məqsəd xalqın rifah halına kölgə salmaq, ölkədə sabitliyi pozmaqdır. Bu, Azərbaycandakı həm siyasi, həm mənəvi, həm psixoloji həyatın sarsıdılmasına yönəldilən hərəkətdir. Bir sözlə, xəyanətdir”.

S.Salahlı qeyd edib ki, Azərbaycandakı tolerantlıq və multikultral yaşayış tərzi və ənənələr həm tarixdən qonşularımıza və digər dövlətlərə məlumdur, həm də Azərbaycanın bu istiqamətdə keçirilən son illərdəki böyük və möhtəşəm beynəlxalq tədbirlərindən bəllidir.

"Dünən Gəncədəki iğtişaş dinlə bağlana bilməz. Sadəcə orada bir sıra dini ruhlu insanlar var ki, onlar adətən belə hallarda müəyyən şüarlardan istifadə edirlər”.(azvision.az)