ANA SƏHİFƏ / İDMAN

Ronaldo “Real” azarkeşlərinə məktub yazdı

5798    |   2018-07-11 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yuventus” ilə 4 illik müqavilə bağlayan Kriştianu Ronaldu 9 ildir çıxış etdiyi Madridin "Real” klubunun azarkeşlərinə məktub ünvanlayıb.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burada aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.

Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Bu mənim qərarımdı və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.

Bu, möhtəşəm, unikal 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki "Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 "Qızıl top”, 3 "Qızıl buts” əldə etdim.

Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. "Real” mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və "Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi "Yaşasın Madrid”.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK