Əbülfət Mədətoğludan yeni şeir: BU AXŞAM
Hələ də bilən yoxdur,
dərdimin adı nədir...
Hamı da mənim kimi-
bu dərdə abunədi!..
Yuxum perik, günüm ah
alın yazımdı günah..
Boşdu məndə dörd cinah-
Səndə Çin səddi nədi?!
Qəm bitib çıxıb dizə,
Xəfəsi dəyir bizə...
ruhum gələcək sizə-
bu axşam adnadı!..