ANA SƏHİFƏ / YAZARLAR

Qara Yusif

1571    |   2018-07-10 23:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Teymuri qoşunun Azərbaycandan çıxarılması, Qaraqoyunluların Azərbaycanın cənubunda möhkəmlənməsi Qara Yusiflə Sultan Əhməd arasındakı münasibətləri pozdu. Qara Yusifin siyasi və hərbi uğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara Yusiflə olan şərtini pozdu. Sultan Əhməd Qara Yusifin üzərinə hücuma keçməyə fürsət axtarırdı.
Bu fürsət 1410-cu ilin yayında ələ düşdü. 1410-cu ilin yayında Sultan Əhməd Qara Yusifin əsas qüvvələrinin Ərizcana hücum edən Ağqoyunlu tayfa birliyinin başçısı Qara Yuluq Osmana və Amid qalasının hakiminə qarşı vuruşmasından istifadə edərək, Təbrizə hücuma keçdi və şəhəri tutdu. Şirvanşah I İbrahimin oğlu Kəyumərs də ona kömək edirdi. Bu, təbii idi. Çünki bu vaxt Cəlairilər zəif idilər, Şirvan üçün təhlükəli deyildilər. Şirvan qoşunu Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif Şirvan qoşunundan əvvəl Təbrizə çatdı. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başlandı. Bu döyüşdə Cəlairi qoşunu darmadağın edilir, Sultan Əhməd döyüş meydanından qaçıb gizlənməyə çalışarkən Qara Yusifin əlinə keçir. Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsi haqqında ondan yazılı iltizam alınaraq ertəsi gün edam edilir. Bununla da Cəlairilərin Azərbaycandakı hakimiyyətinə son qoyulur. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla qalan Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın şərq hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtı oldu. 1411-ci ildə Qara Yusif özünü yox, oğlu Pirbudağı sultan elan etdi. Çünki dövrün ənənəsinə görə yalnız şah, sultan nəslinə mənsub olanlar qanuni hökmdar hesab olunurdular. Uzaqgörən Qara Yusif bunu yaxşı bildiyindən, Pirbudağı sultan Əhmədə oğulluğa vermişdi (həbsxanada olarkən). Ancaq yüksək idarəçilik hüququ Qara Yusifdə qalırdı. Qara Yusif dövrünün böyük şəxsiyyəti idi. O, qüvvətli süvari ordu yaratmışdı, özü Azərbaycanın cənub vilayətlərini, oğlanları isə dövlətin qalan hissəsini idarə edirdilər.
II Şənbi Qazan döyüşündə Şirvanşahların Sultan Əhmədə kömək etməsi Qara Yusifin Şirvana hücum etməsinə səbəb oldu. Bu zaman Şirvanşah I İbrahim gürcü hökmdarı və şəkili Seyid Əhməd Orlatla ittifaq bağlamışdır. 1412-ci ildə Kür çayı sahilində baş verən döyüşdə Şirvanşahların başçılıq etdiyi müttəfiqlərin birləşmiş qoşunu Qara Yusifin qoşunları tərəfindən məğlub edildi. Şirvanşah I İbrahim başda olmaqla müttəfiqlər əsir götürüldü. Qara Yusif əsirləri özü ilə bərabər Təbrizə gətirdi. Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Qara Yusif buna razı oldu və təbrizlilər Şirvanşahın azad edilməsi üçün Qara Yusifin divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləği Şirvan divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi. Bundan sonra Qara Yusif Şirvanşah I İbrahimi azad edir (digər əsirlər başda Şəki hakimi Seyid Əhməd Orlat və gürcü hökmdarı olmaqla hamısı edam edilir). Kür döyüşü nəticəsində Şirvanşahlar Qaraqoyunlulardan asılılığı qəbul edirlər.
Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. Sultan Şahrux Azərbaycanı, İraqı Qara Yusifin əlindən almaq və onu asılı bir hökmdar halına salmaq məqsədi ilə 1420-ci il avqustun 25-də Heratdan 200 minlik ordu ilə Azərbaycana yürüşə başlayır. Sultan Şahruxun qaraqoyunlularla döyüşdən qabaq qələbə naminə Quranın Fəth surəsini 12 min dəfə əsgərlərinə oxutdurması faktı onun Qara Yusifə necə təhlükəli, ciddi bir rəqib kimi baxdığını təsdiq edir.
Teymuri hökmdarı Şahruxla savaşa qərar verən Qara Yusif xəstə olmasına baxmayaraq, ordusunun Təbrizdə toplanmasına qərar verir. O, döyüşə getməzdən öncə oğlanlarına yazdığı məktublarda teymuri ordusundan çəkiniləcək bir şeyin olmadığını göstərir. Şübhəsiz, teymurilərin hərb üsullarını, döyüş qaydalarını, qüvvətli və zəif tərəflərini onun qədər bilən olmamışdır. Mənbələr Qara Yusifin müəyyən hərbi-taktiki planlar (yeni ordu tipi) hazırlaması haqda da xəbər verirlər. Qaraqoyunlu qoşunu Təbrizdən cənubda Ucan şəhərinin şimal-qərbində yerləşən Səidabad kəndinə gələn zaman Qara Yusifin xəstəliyi daha da ağırlaşır. O, 1420-ci il noyabrın 13-də 65 yaşında vəfat edir.
Beləliklə, sultan Şahruxla gözlənilən döyüş baş tutur. Qara Yusifin cəsədi Ərcişə aparılaraq dəfn edilir. Qara Yusifin ölümündən sonra Qaraqoyunlu dövləti zəiflədi.
Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusif dövrünün görkəmli sərkərdələrindən və tanınmış simalarından biri olmuşdur. Onun çox mükəmməl sərkərdə olmasını, igidliyini başda teymurilər olmaqla bütün düşmənləri də etiraf etmişlər. Qara Yusifin qələbələri artıq bütün Şərqdə "Azərbaycan qoşununun tüğyanı" kimi qiymətləndirilirdi. Qara Yusif ölkəsində quruculuq işlərinə xüsusi diqqət yetirmiş, əhaliyə xoş münasibət göstərərək onları daim diqqətdə saxlamışdır.
Qara Yusif güclü mərkəzi aparat yarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi. Tariximizin ən mühüm mərhələlərindən olan bu dövr haqqında ümumilikdə Qaraqoyunlu tayfalarının Azərbaycanda baş vermiş siyasi mübarizədə iştirakı, Qaraqoyunlu-Teymuri münasibətləri, Qaraqoyunlu-Ağqoyunlu münasibətləri, Qara Yusif və onun cəsur ordu başçısı, hökmdar kimi zaman tunelində yeri və rolu barədə Zeynəddin bin Həmdullah Qəzvininin "Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə), Nizaməddin Şaminin "Zəfərnamə" və Əbubəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə" adlı əsərlərində geniş və qiymətli mənbədir.
Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


İmza:

YAZARIN ARXİVİ

2018-07-17 : ŞƏMŞİRİN
2018-07-13 : Gəldim
2018-07-10 : Qara Yusif
2018-07-10 : ARA, VURMA! TXE!
2018-07-10 : Qara Yusif
2018-07-09 : 40 il sonra
2018-07-07 : Qara Yusif
2018-07-07 : Dost gəlişi
2018-07-04 : Gəndəlaş
2018-07-03 : ŞƏHİD RƏSSAM
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK