adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Iyul 2018 23:36
12955
ƏDƏBİYYAT
A- A+

MAYORUN İŞ GÜNLƏRİ

Povestdən bir parça

(əvvəli ötən saylarımızda)

KÜT BALTA

(VI fəsil)

Əlində qəzet oxuyurdu ki, kəndin "yonuqları"ndan sayılan Seyfəlin içəri girdiyini gördü. Mayor ona sərt bir nəzər salsa da, elə bir acı söz demədi. Gülümsədi:
-Xeyir ola?
-Xeyirdi, xeyri olmamış kimi nə var.
-Bəs salamın harda qaldı?
-Salam... Qoydun ki, bir özümə gəlim, salamlaşım?
-Yaxşı, özünə gəl...
Seyfəl elə bir dərin ağıl sahibi deyildi. Çox da xətrinə dəyməkl olmazdı. İndi gözünə birtəhər dəydi. Soruşdu:
-İçməmisən ki?
-Allah eləməsin.
-İşləyirsən?
-Yox... İş var ki? Elə ara ilə başımı fırlayıram da.
Mayor soruşdu:
-İndi xeyri ola?
-Belə də, -deyə Seyfəl bir qədər utancaqlıq içində dedi: -Cənab mayor, bilirsən də indi iş gördürən yoxdur. Bu səbəbdən əlim çıx aşağıdı?
-Ə, sənin əlinin yuxarı, imkanlı vaxtı olub ki?
-Niyə... Onu demə... Pis dolanmamışıq ki... Elə indi gəldim ki, bəlkə kömək edəsən...
Mayor gülümsədi:
-Ə, məndə pul hardadı?
Seyfəl tez dilləndi:
-Borca yox ey... Elə o maklerlərdən xaiş edəsən, mənə bir az pul versin... Onsuz da bu gün-sabah torpağımızdan bir az satacağıq. Elə ona...
Mayor bu torpaq satmaq söhbətini eşidəndə lap tüstüsüz alovlanırdı:
-Ə, bəs deyil? Onsuz da sata-sta gəlmişik də? Gərək elə sən də torpaq satasan?
-Allah eləməsin... Mən pis mənada satmıram ey...
-Pis-yaxşı, torpağı satmaq xoşagələn deyil.
Seyfəl onun bu sözlərindən tutulmuş halda kövrəldi:
-Bir yana baxanda onu düz deyirsən vallah. Kişi də torpaq satar? Daha əlacım kəsilib də... Yaxşı bilirsiz ki, o qocalara baxan elə mənəm...
Mayor onun bu sözlərinə hiddətləndi:
-Ə, minnət qoyma! Övladsan, saxlamaq borcundu da. Vaxtında onlar səni saxlayanda yaxşı idi, indi pis?
Seyfəl səsini qaldırdı:
-Siz məni başa düşmədiniz. Elə bütün hərəkətlərim onlar üçündür. Onlar bir qidalı, ləzzətli isti xörək yeməyəndə lap sıxılıram, üzülürəm, yerə girirəm...
-Belə anlarda yerə girməlisən də...
-elə ona görə yanınıza gəldim ki, kömək edəsiniz də. İşləsəm, vallah heç gəlməzdim.
Mayor zəng çalıb onun makler dediyi oğlanı yanına çağırdı. Təzə dəllallardan idi. Özünü çox yekəxana aparırdı. Mayor onun sənədlərinə baxanda dilləndi:
-Hə, şəhərdən dostlar belə məsləhət biliblər. Onalrın adından etibarnamə ilə hərəkət edirəm. Torpaq almaq üçün.
-Hansı nazirin oğludu?
-Daha onu bilmirəm, ancaq imkanlıdırlar. Mərkəzdə yaşayırlar.
-Etibarnamədən görünür, ünvan yazılıb. Notariatda təsdiq olunub.
Mayor söhbəti mətləb üstə gətirərək dedi:
-Bu Seyfəlin əli aşağıdı. Onsuz da təmsil etdiyin adamlara torpaq satacaqlar. Ona bir az köməklik elə.
-Pul?! -deyə oğlan ikiməndi şəkildə diləndi.
-Hə...
-Ona kömək eləmişəm də.
-Yenə ehtiyacı var.
-Mən sə pul kəsmirəm ki. Rəsmiləşdirək, sonra da...
Mayor sözünün yerə düşəcəyini hiss edibmiş kimi, dilxor halda susanda, Seyfəl dilləndi:
-Nolar, bir az da verin də...
-Nolar-nolar, bu puldu ey... Küçədən tapmamışam. Nolsun ki, inanıb mənə veriblər. Hər manatı barədə hesabat verməliyəm.
-Lazımdı da...
Mayor daha dözə bilməyib, Seyfələ acıqlandı:
-Ə, kəs!... Sus!... Al, məndə üçdən-beşdən olmalıdır, -deyə qanıqara halda cibindəki pulları çıxarıb sanayaraq ona vermək istəyəndə, makler qoymadı:
-Əyibdi, kişi... Yaxşı bir az verərəm.
Mayor dilxor halda dilləndi:
-Görürsən də, məndə olanlar hamısı manat, beşlik, onluqdu. İndi sən çıxart, görən nəyin var.
Oğlan gülümsər halda cibindəki yüzlük dollar bəndurumlarından birini çıxarıb, nümayişkəran açıb, ondan birini Seyfələ verəndə mayor dedi:
-Heç olmasa iki elə.
Seyfəl, oğlunun əlindəki pulun çoxluğundan heyrətlənmiş halda kəkələdi:
-Onda heç olmasa üç elə də.
-Yaxşı, al... İkisin də vermişəm. Beş yüzlük səndə.
-Əlbəttə ki... Çox sağ ol. Onlar sağollaşıb qapıdan çıxanda, mayor lap udqundu. Axşam toya dəvət edilmişdi, cibində elə bir pul yox idi. Səsləndi:
-Ə, yavaş da...
Onların hər ikisi ayaq saxlayıb, geri qayıtsa da, mayoru xəcalət hissi basdı, bir söz deyə bilmədi. Dilləndi:
-Yaxşı, gedin...
Makler fikirli halda dayandı. Soruşdu:
-Cənab mayor, bəlkə sizin də pula ehtiyacınız var?
-Yox... yox... Bu sözləri o, necə dediyini heç özü də bilmədi: -Ancaq sənə bir tövsiyyəm var... İkinci dəfədi, bu hərəkəti səndə görürəm. Onda notariat kontorunda, indi də burada. Bu puldu bir az ehtiyatlı ol. Onun-bunun yanında yüzlük dollar paçkası açmağa, dəstəsi ilə pul göstərməyə həvəskar olma. Xatası olar...
-Nə xatası olacaq ey?... Uşağam bəyəm?
-Mən sözümü dedim də sənə, vəzifə borcumdur.
Həmin gündən bir müddət sonra mayor rayon mərkəzində Baratla rastlaşanda başını sarığlı görcək soruşdu:
-Ə, xeyir ola?! Nolub ki?
-Heç... Elə bir qorxulu şey yoxdur. Bir az zədələnib... Yıxılmışam.
-Ehtiyatlı ol da...
Sonradan isə qulağına qəribə söhbətlər dəydi.
Görüşəndə Barat da dedi:
-Sənin ağzın fal imiş də...
-Nolub ey?!
-Nolacaq ki... -Barat ağrınırmış kimi alnını turşudaraq dərdini ona danışdı: -Axşamüstü idi. Ağılı seyrəklərdən biri yaxınlaşdı mənə, maşında oturdu... Qabaq tərəfdə, elə yanımda... Deyim ki, aramızda elə bir söz-söhbət olmuşdu, yox, canım üçün... Onda gördü ki, əlni pencəyinin altına, qoltuq tərəfdən saldı...
-Bax da...
-Küt baltasını oradan çıxartmaqla, başıma çırpmağı bir oldu...
-Ay Allah!...
-Yaxşı ki, hələ əlini tuta bildim, balta başıma zərblə toxunmadı, dərinə işləmədi. Elə üzdən kəsib-doğradı, zədələdi... Bax da, qulağıma da toxunub...
-Görürəm... Anam namaz üstdə olub, yoxsa axırın imiş.
-Daha demə.
Mayor bu ağır söhbətdən təsirlənmiş halda dedi:
-Onda sənə dedim də. Cavansan, dünya nxələflərdən, becinslərdən xan deyil. Namərd adamlardan, mərdiməzarlardan gərək özünü gözləyəsən.
-Onu düz deyirsən.
-Müsəlman belədi də, başı daşa dəyməyincə, ehtiyatını görməz, ağıllanmaz. Yaxşı, səninlə "zarafat" eləyən bu adam indi haradadı?
-Nə bilim... Qaçıb gizlənib.
Mayor dərhal səsini ucaltdı:
-Ə, sən nə danışırsan?! Qaçıb gizlənib nə söhbətdi? Atasını yandıraram onun.
Barat narahatlıq içində dilləndi:
-İndi nə edək?... Bir qələtdi edib də. Şükür ki, ağır bir zədə almamışam. Bu gün də həkimə getmişdim. Dedilər ki, qorxulu bir şey yoxdur.
Mayor ona acıqlandı:
-Sakit! Bu ağır cinayətdi, məni də zibilinə qatmaq istəyirsən? Belə cinayəti görən, məlumatı olan, xəbər verməyən də məsuliyyət daşıyır.
-Peşman olmadıq ki, sənə də söz dedik.
-Sənə yox, sizə...
-Hə, sizə...
-Hələ o həkimlərin göz-başı necə ağrıyacaq. Ağır cinayəti gizlədib, vaxtında xəbər verməyiblər. Səni müalicə edən kimdi?!
Makler az qaldı ki, ağlamsınsın:
-Elə bildim ki, belə olacaq. Mənimki gətirmir də. Elə bil ki, it gözü var... beş qazandım, on çıxmalıdı...
-Haram beləi də.
-Niyə haram olur ki?! Zəhmət çəkmirsən?
-Axı bu pul ah-nalədi. Ehtiyac içində olan adamlardan torpağı dəyər-dəyməz qiymətinə alırsınız. Bunu Allah götürər?
-Ağlı olsun satmasın da.
-Bu da sənin əqidən, düşüncə tərzin. Yazığı, fağırı, ağılsızı elə ayaqlayıb keçər, aldadarlar?!
Söhbətin ciddiləşdiyini görən Barat, zarafata salıb, onun cibinə iyirmi dollar qoymağa çalışdı:
-Al, bu da sənin...
Mayor pulu geri qaytarası oldu:
-Yaxşı əli olsun...
-Məni nə bilirsən, heç yüz də götürmərəm.
-Üç yüzə razısan?!
-Beş yüz də lazım deyil.
Makler o andan lap ayaq üstə ölmüşdü. Sahə müvəkkili axşam da məhəlləyə gəldi. Ağsaqqalıqarasaqqalı başına yığıb xeyli söhbət elədi. Qeybullanın yerini soruşdu. Dilləndilər:
-Xəstə adamdı da...
-Görəsən harada yatıb...
-Özünü bilmir də...
Mayor söhbət əsasında onlara izah etdi ki, belə hərəkətlər heç kimə güzəşt edilə bilməz. Şəxs etdiyi hərəkətə, əmələ görə cəzalanmalıdı. Düzdü bu hərəkətə şərait yaradanda da az təqsir yoxdur. Ancaq o elə cəzasını alıb da...
Səslər eşidildi:
-Ağılsızlıqdı da.
-Yenə yaxşı qurtarıb.
-Balta küt imiş də...
Mayor həmin gecə demək olar ki, yatmadı. Onun otağının işığı gəlirdi. Hərdən silahını qobrumundan çıxarıb, silib-təmizləyor, güllələrini yerbəyer edir, yoxlayırdı. Bu an Barat sıxıla-sıxıla içəri girdi:
-Gəlmək olarmı, cənab mayor?
-Gəl də...
-Niyə evə getməmisən?
-Bunun sözlərinə bax da. Biz bunun keşiyini çəkir, buna qəsd etmək istəyən axdarırıq... Bu isə gör nə deyir...
Makler gülümsədi:
-İndi bu necə təəssüf olunacaq?
-Ölümə sui-qəsd... Öldürmək istəyib də səni.
-Birdən məni də tutarlar ey...
-Nə bilim, bəlkə o elə arqumentlə çıxış edəcək ki, istintaq orqanı sənə də cinayət işi qaldıracaq.
-Belə ola bilər yəni?
-Niyə olmur.
Barat həyəcanlanmış halda soruşdu:
-Elə ac-susuz burada yatıb qalacaqsınız?
-Yatana bax ey... Qəsəbədə belə ağır hadisə olub... Bu zarafat edir, yatmaqdan söhbət salır.
-İndi olub da... Kəndçi, qohum adamlarıq. Boşlayın getsin.
Mayor ona sərtlənəsi oldu:
-Malçat! Von otsuda!
Makler üçün bunlar ağır sözlər olsa da, mayorun qrımını görüb susdu, söhbəti böyütmədi. Onun üçün şam yeməyi barədə fikirləşəsi oldu. Yeməkxanada olanda soruşdu:
-Sizcə o nə yeməyi xoşlayır?
-özündən soruşaram da.
-Özü bir az hirsli idi.
Aşbaz gülümsədi:
-Mayor daşdan yumşaq nə olsa yeyəndi. Hərdən pitiyə, kababa üstünlük verir.
-Onda bir-iki şiş kabab çəksin də.
-Hansından?
-Elə müxtəlif... Lülə, tikə... Qabırğa kababı da olsun.
Barat bu gün əsil bədxərclik edirdi. Onu da qınamağın adı yox idi. Taleyi həll olunurdu. Bumeranq silahı tək onun adamın üstə qayıtması da var.
Barat əli dolu içəri girəndə mayor nə qədər yorğun, əsəbi olsa da gülümsədi:
-Ə. Bu nə əziyyətdi. Onsuz da yemək-içməklə deyil. Şöbəyə zəng çalmışam. İndi əməliyyat qrupu gəlməlidi.
-Hələlik çörəyimizi yeyin...
-Burda on adamın yeməyi var ki.
-Əla... Xətrini istəyirlərmiş.
Mayor o an dilləndi:
-Pulunu vermisən? Mənim onlara verəsi pulum yoxdur.
-Əyibdir... Əlbəttə ki, vermişəm. Hələ istəsəniz, evinizə də ondan-bundan apararsınız.
Mayor özünü çəkdi:
-Ə, söz danış mənə... Mən nəsə aparmıram... Mənim evimə aparırlar.
-O da mənim gözlərim üstə. Nə istəsəniz mən hazır.
Mayor yenə də sözündən qalmadı:
-İndi deyirsən ki, təqsirləndirilən şəxsdən də təmənna güdək?
-Mən nə etmişəm ki?!
-Hə, hələlik şübhəli şəxs odur... ancaq inan, təqsir elə çox vaxt vurulanda olur.
Makler ağrına-ağrına dedi:
-Kababdan ye...
-Yeyəcəyəm onsuz da...
Mayor iştahla çörək yeyəndə, Barat bir daha yalvardı:
-Qurban olum sənə, yola ver. Onların işini bilmirsən? Təqsirim olmasa da məni soğan tək soyacaqlar.
Mayor kabab yeyə-yeyə mızıldandı:
-Orası düzdü... Ancaq yenə yaxşı ki, balta küt olub...
(ardı gələn sayımızda)