ANA SƏHİFƏ / MƏMLƏKƏT

Taksi xidmətinin keyfiyyəti artırılacaq - Təkliflər hazırlanıb

4042    |   2018-07-10 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RTYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub.

DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın  verdiyi məlumata görə, hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları geniş vüsət alıb.

"Bu tip avtomobillər nə avtobuslarla sərnişin daşınmasına, nə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatçılıq doğuran vacib məqamlardan biridir. Bu problemin həlli məqsədilə təkliflər hazırlanıb, eyni zamanda belə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb. Sifarişli daşımalarla bağlı oxşar problemlər digər dövlətlərdə də mövcuddur”.

N.Allahyarova bildirib ki, artıq Bakı şəhərinin simvollarından birinə çevrilən "London” taksiləri ilə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün işlərin görülməsi nəzərdə tutulub. "Çağrı sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq proqram təminatı hazırlanır və tezliklə müştərilərin istifadəsinə təqdim olunacaq. Eyni zamanda, taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcək. Bu tədbirlərə sürücülərin reytinqinin aparılması, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və s. daxil olacaq.

Xüsusilə vurğulayaq ki, vətəndaşlarımıza və ölkəmizə gələn qonaqlara göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti stendi təşkil edilib, xüsusi ayrılmış duracaqda taksi minik avtomobillərinin nizamlı dayanması və növbəli şəkildə müştərilərin xidmətinə verilməsi təmin edilib”.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK