Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə açıqlama zamanı deyib.
O vurğulayıb ki, Türkiyə əvvəllər də Azərbaycanı bu məsələdə, eləcə də Naxçıvan yardım məsələsində dəstəkləyib.
R.T.Ərdoğan bildirib ki, gələcəkdə zərurət yaranarsa Türkiyə ilə Naxçıvan arasında dəmir yolu tikilə bilər.
Prezidentin sözlərinə görə, ölkəsi həmçinin Naxçıvan sakinlərinə Türkiyə ərazisində tibbi yardım göstərməyə hazırdır.
R.T.Ərdoğan bildirib ki, iki ölkə arasında müdafiə sahəsində də münasibətlər inkişaf edir. O, həmçinin Gülən terror təşkilatı ilə mübarizədə dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06