adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyul 2018 17:57
8258
GÜNDƏM
A- A+

MTRŞ ATV-yə xəbərdarlıq etdi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

İclasda ATV telekanalı tərəfindən "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.

ATV telekanalında həftə içi saat 10:00-12:00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan edilib.