ANA SƏHİFƏ / HÜQUQ

Vəkillər Kollegiyası Fuad Ağayevə töhmət verdi - RƏSMİ

10229    |   2018-07-10 17:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunmuş, vəkil qurumları tərəfindən təqdim olunmuş, növbətçilik cədvəlləri təsdiq edilib.

Daha sonra, vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunub, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq "vəkil kabinetində” fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunub, bununla bağlı qaydaların hazırlanması və təsdiq edilməsi qərara alınıb.

Bundan başqa, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikləri üçün "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun tələbinə əsasən, 11 vəkil haqqında Vəkillərin İntizam Komissiyasında intizam icraatının başlanması barədə qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Həmçinin peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə vəkil Ağayev Fuad Arif oğluna töhmət verilb.

"Qeyd olunmalıdır ki, dünən Rəyasət Heyətinin iclasından dərhal sonra vəkil Fuad Ağayev tərəfindən mətbuata barəsində aparılan intizam icraatı ilə bağlı təhrif olunmuş məlumatlar verilib. Bununla əlaqədar Rəyasət Heyəti bildirir ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Fuad Ağayevin öz iştirakı ilə aparılmış araşdırma nəticəsində müəyyən edilb ki, vəkil Fuad Ağayev öz müvəkkili ilə görüş zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən birinin əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törətmiş, həmin müəssisənin rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib.

Həmçinin, Cəzaların İcrası Məcəlləsinin müəyyən etdiyi müddətləri gözləməməklə vəkil Fuad Ağayev öz müvəkkilinə göndərdiyi məktubun və sənədlərin cəzaçəkmə müəssisəsi tərəfindən çatdırılmaması ilə bağlı sosial şəbəkədə, internet resurslarda əsası olmayan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırıb.

Bununla da vəkil Fuad Ağayev tərəfindən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü hissəsinin, 16-cı maddənin 1-ci hissəsinin, 18-ci maddəsinin və vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 1.2, 2.5, 2.7 və 2.13-cü maddələrinin tələblərinin pozuntusuna yol verildiyi müəyyən olunub”, - Vəkillər Kollegiyasından verilən məlumatda bildirilib.





İmza:

Bəraət aldığını eşidən dustaq huşunu itirdi - Hökm

“Pulum olmayanda ondan istəyirdim” - “Qoca” ilə birgə həbs edilən məhbus

Bakıda qadın onu intim fotoları ilə şantaj edəni bağışladı

Nazirlik zavodu məhkəməyə verdi

Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı

“Ora gedəndə öyrəndik ki, oğlum artıq morqdadır” - Narkoloji Mərkəzdəki yanğın işi

Sabiq rəis müavini: Fədayə Laçın qadın olduğu üçün bunu ona etmədik

Fədayə Laçının məhkəməsi davam etdirilib: "Çox vaxt daxili rejim qaydalarını pozurdu"

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı

Akif Çovdarovun general rütbəsi niyə geri alınmadı? - AÇIQLAMA

Məhkəmə prokurorluğun protestini rədd etdi, sürücü bəraət aldı

Şirkət rəhbərinə cinayət işi açıldı - 3 nəfər həbs edildi

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK