ANA SƏHİFƏ / MƏMLƏKƏT

Türk ölkələrinin təhsil liderləri Şimali Kiprdə Forum keçirdi

3922    |   2018-07-10 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

 02-07 iyul tarixlərində Girnə Amerikan Universiteti və Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Şimali Kipr Türk Respublikası (ŞKTR )Xarici İşlər Nazirliyi, ŞKTR Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Şimali Kipr Türk Respublikasında "Təhsildə Beynəlxalq Liderlər” Forumu keçirilib. 

 Forumun açılış mərasimi Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyində gerçəkləşib. Təşkilat komitəsinin sədri Global Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu Forumu açaraq, dünyanın diqqətini təhsiln yüksək əhəmiyyətə malik olduğuna yönəldərək, planetin hər yerində insan kapitalının ən vacib sərvət kimi qavranılmasını önə çəkib, "yurda sülh, cahanda sülh” anlamının gercəkləşməsinə təhsilin liderliyi ilə çatmağın mümkünlüyü mesajını verib və forumun təhsil mütəxəssislərinin təcrübəsindən yararlanaraq, liderlik bacarıqlarını artırmaq məqsədi ilə təşkil olunduğunu bəyan edib. Professor Oğuz Karakartalın moderatorluğu ilə keçirilən forumda Kipr və Azərbaycanı rəsmi şəxslər, elm və təhsil nümayəndələri təmsil ediblər. Professor Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən fikirlər səsləndirib, "Azərbaycan” şeirni söyləyib. ŞKTR-in Təhsil naziri Camal Özyiğit ölkəsinin təhsil adası olduğunu xatırladaraq, Şimali Kipr və Azərbaycan arasında uğurla tələbə mübadiləsi aparıldığını deyib. Nazir bildirib ki, bağlı qapıları təhsilin gücü ilə açmaq mümkündür və Şimali Kipr rəhbərliyi məhz bu fəlsəfəyə əsaslanır. Azərbaycan Milli Məclisinin üzvü Sona Əliyeva təhsil sahəsində aparılan islahatlardan danışaraq, yüksək ixtisaslı kadrların yetişdiyini və həmin gənclərin idarəetmədə layiqli yer tutduqlarını vurğulayıb. Millət vəkili qeyd edib ki, təhsilli şəxlər yeni dünyanın tələblərinə cavab verəcək səviyyəyə yüksəlməklə vətənlərini layiqincə təmsil etməyi bacararlar. Bu gün türk xalqları, xüsusən türklər və azərbaycanlılar bu yolu tutub və böyük məharətlə gələcəyə doğru addımlayırlar. ŞKTR-in Baş nazirinin müavini, Xarici İşlər naziri professor Qüdrət Özərsay Azərbaycandan gələn təhsil xadimləri qarşısında "Şimali Kiprin təhsil modeli” mövzuzunda mühazirə ilə çıxış edib. Xarici işlər naziri bildirib ki, təhsildə öndə olması ilə seçilən bu ada əsasən təhsilin gücü ilə məntiqi siyasət yürüdür və bütün problemlərin ünsiyyətdən keçdiyini isbatlamağa çalışır. Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Şahlar Əsgərov "Tərəqqinin fəlsəfəsi” mövzusunda çıxış edib. Professor inkişafda ictimai mənafeyin əhəmiyyətini vurğulayıb. Slayd vasitəsilə göstərib ki, inkişaf etmək üçün iqtisadi mənafeyin nisbəti şəxsi mənafeyin nisbətindən üstün olmalıdır. Bu nisbət inkişaf etmiş ölkələr üçün altıdan çox, inkişaf etməkdə olan ölkələr üçün iki ilə altı arasında dəyişir, zəif inkişaf etmiş ölkələr üçün ikidən azdır. Bu nisbəti yüksəltmək üçün təhsildə liderlik fəlsəfəsinə üstünlük vermək vacibdir. Ş.Əsgərov müəllifi olduğu "Kamilləşən bəşəriyyət” kitabını dinləyicilərə hədiyyə edib. Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təmislçisi İsmayıl Ənsərlı təmsil etdiyi qurumun sədri Fuad Muradovun forum iştirakçılarına salamlarını çatdırıb və təbrik mətnini oxuyub. Bildirib ki, bütün ölkələrdə yaşayan azərbaycanlılar və türklər eyni ruhun daşıyıcılarıdır və onların hər biri vətənlərinin inkişafına, dünyadakı mövqeyinin sarsılmaz olduğuna çalışırlar. Diaspora bu yöndə aparılan bütün müqəddəs fəaliyyətə dəstək verir və bu dəstək artan xətt üzrə istiqamətlənib. Türk Birliyi Həmrəylik Dərnəyinin sədri Güvən Arıklı iki qardaş ölkənin münasibətlərinin tarixindən söz açıb və bu birliyin əbədi olmasında təhsilin əhəmiyyətini önə çəkib. Kommunikasiya mütəxəssisi İpek Halim "Təhsildə kommunikasiyasın sirləri”ndən bəhs edib. Nahardan sonra qonaqlar Kipr Amerikan Universitetini ziyarət ediblər. Burada keçirilən görüşü ali təhsil ocağının rektoru Prof. Dr Uğur Özgöker açaraq, universitet barədə ətraflı məlumat verib. Azərbaycan təhsilində həyata keçirilən islahatlar barədə Təhsil Şurasının üzvü Böyükağa Mikayıllı danışıb və qısa müddət ərzində keçilən uğurlu yolun tarixini diqqətə çatdırıb. Millət vəkili Sona Əliyeva universitetin rektoruna Azərbaycandan xatirə hədiyyəsi təqdim edib. Foromun ikinci günü Girne Amerikan Universitetində olub. Qazaxıstan Respublika sının təmsilçisi Almagey İqtisadi və Statistika Akademiyasının prorektoru Lidiya Beqenova bu ölkənin təhsil sistemini detalları ilə iştirakçılara anladıb. Xanım rektorun video-təqdimatı maraqla qarşılanıb. Millət vəkili Sona Əliyeva "İnkişafda təhsilin akademik rolu” mövzusunda söylədiyi mühazirədə savadlılıq dərəcəsi yüksək olan ölkələrin inkişaf strategiyasına diqqət çəkib və Azərbaycanın bu sırada öncüllərdən olduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Natiq qeyd etdi ki, Fondun layihələrində gənclərin biliklənməsi ilə yanaşı əsl vətəndaş kimi tərbiyyə olunmaları prioritet təşkil edir. Vətəninini və dövlətini sevən vətəndaş onu qorumağı da bacaracaq və xalqın inkişafında daim maraqlı olacaq. Məhz türk dünyası bu xət üzrə inkişaf etdiyindən dünyanın ən nüfuzlu dövlətlərinə sahib olublar. Gənc filosof Hakan Mengüc Yunus Əmrə fəlsəfəsindən söz açıb. O, fikirlərini ifa etdiyi ney vasitəsi ilə çatdırdı və bildirdi ki, insan özünü dərk edəndən sonra başqa həqiqətləri tapa bilər, bu xoşbəxtliyə aparan yol isə təhsildən keçir. İyulun 5-də Forumun iştirakçıları Kiprin tarixi məkanlarını ziyarət ediblər. "Təhsildə motivasiya və özünə inamın formalaşdırılmasının sirləri”, "Təhsildə beynəlxalq əməkdaşlıqların perspektivləri və təcrübələrin müqayisəli diskussiyası”, "Məktəb-ailə münasibətlərinin formalaşdırılmasında müəllimlərin rolu”, "Uğurlu idarəçilik: prinsiplər, tətbiqlər, resurslar” mövzusunda seminarların iştirakçıları olan təhsil xadimlərinə sonda sertifikalar verilib. Forum haqqında informasiyalara və azərbaycanlı iştirakçıların fikirlərinə ŞKTC mediasında geniş yer verilib.


İmza:
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK