ANA SƏHİFƏ / SİYASƏT

İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir

11887    |   2018-07-10 17:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir:

"Türkiyə xalqı Sizə yenidən etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz. Sizin liderliyiniz altında Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Bu gün Türkiyə beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünyada ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır”.

İlham Əliyev bildirib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: "Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daima dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də daima Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələdə Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir”.




İmza:

Bu ölkə Azərbaycanda səfirlik açmaq istəyir

Millət vəkili pensiya artımından danışdı: 80 faiz olmalıdır

“O rayonları həvəsləndirmək lazımdır” - Deputat məsələ qaldırdı

Azay Quliyev QHT Şurasına ayrılan maliyyənin artırılmasını təklif etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi

“Banklar faiz dərəcələrini azaltmalıdır” - Ziyad Səmədzadə

Hökumət üzvləri Milli Məclisə gəldilər - Büdcə müzakirə olunur

Bakı, Tiflis və Kiyev lazımi qədər güclənərsə... - Korsunski

"Merkelin, Makronun,Trampın ağılları çatacaqmı?"

Gələn ilin büdcəsi sabah Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq

“Azərbaycan ərəb ölkələrinə sərmayələr yatırıb” - Əli Həsənov

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi çağırış etdi

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK