ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktik konfrans keçirilib

8483    |   2018-07-10 17:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün "Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda Bakı Biznes Mərkəzində keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə "Bacarıqlı əllər, sehrli ilmələr” xalça sərgisi ilə tanış olublar.

Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, 9 xalça sənəti məktəbi tərəfindən toxunmuş müxtəlif kompozisiyalı, ornamentli və koloritli xalça nümunələrini əks etdirən fotostendlər də nümayiş etdirilib.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov xalçaçılıq sahəsinə olan böyük diqqəti, dövlət qayğısını vurğulayıb və son illərdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə may ayının 5-i Azərbaycanda "Xalçaçı günü” peşə bayramı təsis edilib.

"Azərxalça” ASC-nin yaradılması ilə bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ölkədə xalçaçılığın inkişafına təkan verib. 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb. Ümumiyyətlə, ASC-nin 10 yeni xalça emalatxanası tikilərək təhvil verilib. Daha 10 yeni emalat­xananın tikintisi həyata keçirilir.

Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq fabrikinin 2017-ci ilin dekabrında təməli qoyulub və işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü mən­tə­qəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekun­la­şa­caq.

"Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Cəmiyyətin istehsal fəaliyyəti, həmçinin bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında "Azərbaycan brendi”nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması, zənginləşdirilməsi və s. istiqamətdə aparılan işlər və perspektivlər barədə məruzə ilə çıxış edib.

Tədbir iştirakçıları çıxış edərək xalçaçılıq sənətinə və xalçaçılara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Tədbirdə Azərbaycanda xalçaçılığın inkişafına dair videoçarx nümayiş etdirilib.




İmza:
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK