adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyul 2018 16:38
8707
HADİSƏ
A- A+

Azərbaycanda 67 yaşlı qadın itkin düşüb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iluyun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Şıxvəliyevanın əlamətləri belədir: Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir. Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.