ANA SƏHİFƏ / SİYASƏT

“Ərdoğanın inauqurasiyadan sonra dərhal Bakıya gəlməsi mühüm hadisədir”

5680    |   2018-07-10 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qardaş Türkiyə Cümhuriyyəti ən yeni siyasi tarixinin mühüm bir səhifəsinə qədəm qoyur. Uzun illər parlamentar tipli idarəetmə sisteminin diqtə etdiyi yorucu və səmərəsiz koalisyon hökumətlər mərhələsi artıq arxada qaldı".


Adalet.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Bababoğlu deyib.

Onun sözlərinə görə, etnososiologiya belə izah edir ki, hər bir millətin idarəetmə sistemi onun tarixi ənənələri və milli xarakteri ilə uzlaşmalıdır, əks təqdirdə effektiv və xalqla bütünləşən siyasi idarəetmədən danışmaq olmaz:


"Bu mənada tük xalqlarının demokratiya ilə bağlı seçimi həmişə birbaşa demokratiya olub.Yəni vəkalətli yaxud mərhələli demokratiya bizim milli siyasi təfəkkürümüzlə normal izah edilən hadisə deyil. Məsələn, ABŞ-da daha çox təmsilçili demokratiya, bir sıra Avropa ölkələrində parlamentar demokratiya mövcuddur. Həmin cəmiyyətlər üçün belə model məqbul hesab edilə bilər. Bizdə milli mentalitet və siyasi mədəniyyət birbaşa demokratiyanı sifariş edir. Yəni prezidenti birbaşa xalq özü seçməklə Prezident üsul-idarəsini qəbul edir. Hazırda 24 iyun seçkilərindən sonra Türkiyədə əslində bu hadisə baş verib və düşünürəm ki, Türk xalqının bu seçimi çox doğru və uzaqgörən seçimdir" .

Millət vəkili bildirib ki, Türkiyə ətrafında və bütövlükdə müsəlman Şərqində olduqca mürəkkəb hərbi-siyasi hadisələr baş verməkdədir:


"Qardaş ölkə bu çətin və mürəkkəb vəziyyətdə həm öz təhlükəsizliyini təmin etməli, həm də bütövlükdə regionda müvazinətqoruyucu rol oynamalıdır. Dolayısıyla regionun geostrateji müvazinətini saxlamaqla Yaxın Şərq və Şimali Afrika ölkələri üçün rol-model olmalıdır. Eyni zamanda Qafqazlar və Orta Asiya ilə tarixi strateji əlaqələri möhkəmləndirməklə yeni Avrasiyaçılıq konsepsiyasında təyinedici ölkələrdən birinə çevrilməlidir. Bütün bunlar Türkiyənin qarısında olduqca mühüm strateji vəzifələr qoyur. Türkiyədə bunun fərqindədirlər və dərk edirlər ki, hazırda baş verən siyasi proseslərdə bu ölkənin alacağı qərarlar həm Türkiyənin, həm də onun müttəfiqlərinin, o cümlədən Azərbaycanın gələcəyi baxımından həyati vacib əhəmiyyətlidir. Ona görə də yeni siyasi sistemdə hakimiyyətin xalqın iradəsilə müəyyənləşmiş tək bir mərkəzdə cəmləşməsi bu çətin vəzifələri yerinə yetirməkdə strateji önəmə sahib olacaqdır. Düşünürəm ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı siyasi komanda bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ biləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki ,Türkiyənin gücü bizim gücümüzdür. Bu mühüm cümlədə Türkiyə- Azərbaycan münasibətlərinin dərin strateji məzmunu öz əksini tapıb. Artıq Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır və onun inauqurasiyadan sonra dərhal ölkəmizə səfər etməsi olduqca mühüm siyasi hadisədir".




İmza:

Hadi Rəcəbli litvalı deputatlarla görüşdü

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI

İlham Əliyev: "Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir"

İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

Milli Məclisin xüsusi iclası başa çatdı

İlham Əliyev Binəli Yıldırımla görüşdü - YENİLƏNİB

Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik”

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Oqtay Əsədov: “Biz bir məqsədə qulluq edirik”

Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa...”

Milli Məclis bu gün xüsusi iclasa toplanır

Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun üzvlərinin görüşü olub

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK