adalet.az header logo
  • Bakı 16°C
10 Iyul 2018 15:44
9546
MƏMLƏKƏT
A- A+

İki gün anomal isti olacaq

İyulun 11-13-də ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-39°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33°-yə yüksələcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a bildirilib ki, iyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39° isti olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.