Cəhdləriniz baş tutmayacaq...
Azərbaycan qonşu dövlətlərlə müqayisədə hər zaman onunla fərqlənib ki, bu ölkədə əmin-amanlıq, sabitlik hökm sürüb. Bu hal indi də, qorunub-saxlanılır. Ölkəmizdə əmin-amanlığın, sabitliyin mövcudluğu faktdır. Cənab prezidentimiz İlham Əliyevin də söylədiyi kimi ölkədə sabitlik əsas şərtdir. İqtisadiyyatın, mədəniyyətin və digər sahələrin inkişafında əsas amillərdən biridir.
Gəncədə baş vermiş son hadisəni əsas tutaraq, bu hadisəni dinə bağlayıb, öz xeyirlərinə çevirmək istəyənlərə, bu hakimiyyəti devirmək istəyənlərədir sözüm.
Siz bu xalqı, bu dövləti düşünmürsüz. Siz öz şəxsi maraqlarınızı təmin etmək məqsədilə bu dövlətin başına keçmək istəyirsiz. Azərbaycan xalqı, bu xalqa rəhbərlik edən dövlət başçımız İlham Əliyev, hər zaman ölkəmizin milli maraqlarının keşiyində dayanıb. Sizin kimi radikal müxalifətçilər isə, Azərbaycanın milli maraqlarına zərbə vurur, bu dövlətin sabitliyini pozmağa çalışırsız.
Sizin kimi düşmən qüvvələr həm daxildə, həm də xaricdə müxtəlif pozucu planlar qurur, təxribatlarla xalqımızın tarixi haqqı olan milli azadlığına, dövlət müstəqilliyinə maneçilik törətməyə çalışırsız. Lakin iftixarla qeyd olunmalıdır ki, xalqımız ən çətin anlarında belə müdriklik və uzaqgörənlik nümayiş etdirərək haqq sözünü deyə bilmişdir. Belə tarixi məqamlardan biri də, 1993-cü ildə ölkənin real parçalanma və məhvolma təhlükəsi qarşısında qaldığı bir vaxtda böyük dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin xalqın yekdil tələbi ilə hakimiyyətə qayıdışı idi. Məhz H.Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə xalqın öz dövlətinə və sabahına inamı qaytarıldı. Ümummilli liderimizin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi sayəsində bu xalqa, millətə, dövlətə sizin kimi düşmən kəsilənlərin planları iflasa uğradı. Bu gün öz çirkin planlarınızı həyata keçirmək məqsədilə, iqtidara, hakimiyyətin ünvanına böhtanlar atırsız. Dağlıq Qarabağın Ermənistana xoşluqla verildiyini deyirsiz. Onu bilin ki, bu dövlət sizin kimi xalq düşmənlərinin umuduna qalsaydı, nəinki Dağlıq Qarabağ, bugünkü gündə heç Azərbaycan adlı dövlət olmazdı. Bu hakimiyyətin əleyhinə istədiyiniz qədər mitinqlər, aksiyalar keçirin. İqtidar sizə yenilməyəcək. Nə qədər ki, bu dövlətin bizim kimi qeyrətli qızları, oğulları var, biz icazə vermərik müxalifətin hakimiyyətə gəlməyinə. Azərbaycan xalqı hər zaman İhlam Əliyevin yanında olacaq, onu dəstəkləyəcəkdir. Çünki, bu dövlətin yeganə lideri odur!
Lamiyə İsazadə
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin sədri, şair-publisist, Prezident təqaüdçüsü
Digər Xəbərlər
23 Aprel 2024 10:18
Qırğızıstan prezidenti Ağdama gedəcək
23 Aprel 2024 10:16"Son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik" - Paşinyan
23 Aprel 2024 09:07İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTOLAR + YENİLƏNİB
23 Aprel 2024 09:05"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan
22 Aprel 2024 19:50