adalet.az header logo
  • Bakı 18°C
10 Iyul 2018 15:23
11963
DÜNYA
A- A+

ARA, VURMA! TXE!

Biz uşaq olanda dağda-zadda görürdün ki, erməni uşaqlarla dalaşardıq. Erməninin atası yürüyə-yürüyə oğluna çığırardı:

- Ara, vurma! Txe!

Təbii ki, ətrafdakılar da erməni dilini bilmirdilər, «txe» sözünün də nə olduğunu anlamırdılar. Hamı deyirdi ki, bax, görürsən ata oğluna çığırır ki, vurma.

Sonradan öyrəndik ki, «txe» ermənicə «vur» deməkdi.

İndi ABŞ da Suriyadakı PKK-nın qolları olan terror təşkilatları PYD və YPG-yə deyir ki, «vurma, txe». Srağagün də həmin terror təşkilatlarına 200 tir silah-sursat göndərib. Türkiyənin xoşuna gəlmək üçün PKK-ya deyir «vurma», o biri tərəfdən də deyir ki «txe».