Faiq QİSMƏTOĞLU: İSTİDƏN DƏ ADAM ÖLÜR HA

FAİQ QİSMƏTOĞLU
47710 | 2018-07-10 13:18

… Yay gələndə deyirikqış olsun, qış da gələndə arzulayırıq ki, yay gəlsin. Ancaq yayın da, qışın da gəlişiniheç də biz insanlar müəyyənləşdirmir. Bunu Yaradan belə qurub: əvvəl qış olur, sonra yaz, yay vəpayız. Beləcə, hər ili biz yaşamağa məcburuq. Və bir də deyirlər ki, a kişi, vallah,bu yay elə əsl kasıb-kusub üçündü. Çünki yayda bütün meyvə-tərəvəz məhsulları bololur, ucuzluq yaranır və imkansız adamlar da ağır külfətini tərəvəzlə, pomidorla,xiyarla, qarpızla, yemişlə birtəhər yola verir.

Deyəsən bu yay bizədüşərli olmayıb. Bilirsiniz niyə? Çünki bəzi vicdansız işbazlar yumurtanın qiymətiniqaldırıb eləyiblər 16 qəpik, pomidorun, xiyarın bir kiloqramı isə 60-70 qəpiyə satılır.Hələ biz başqa mer-meyvənin qiymətini deməkistəmirik. O qiymətləri desək vallah, gözünüz kəllənizə çıxacaq. Gör nə günə qalmışıqki, qarpızın bir kiloqramını bizim Qoşqar 45 qəpiyə satır. Özü də and-aman eləyirki, müəllim, dədəmin göru haqqı bazardan onun kiloqramını 40 qəpiyə alıram. Mənköpəkoğlu da balalarımı saxlamaq üçün onun üstünə 5 qəpik pul qoyuram. İt itliyiyləbu istidə çölə çıxmır ey! Amma mən bir tikə çörəyə görə və beş qəpik üçün gününaltında durub qarpız satmağa məcburam. Qazandığımın da çoxunu Allaha and olsun ki,dava-dərmana verirəm. 6 ay bundan qabaq böyrəyimdə daş vardı. Əməliyyat elədilər,həkimlər 1500 manat pulumu bağırda-bağırda aldılar. Neyləyim, ağrı-acıdan ölürdüm.İndi heç olmasa bir az ağrı-acım azalıb…

… Hava o qədər istidiki, adam nəfəs ala bilmir. İyul ayının 10-u saat 12-dir. Əvvəlki günlərdə olduğukimi, yenə göydən od yağır. Yenə biz birtəhər iş otaqlarında sərin yerdə əyləşibişimizi görürük. Mənim yazığım bilirsiniz kimə gəlir? Yazığım o günün altında işləyən,tər tökən fəhlələrə, pambıq alağı eləyən, üzlərini günəşdən qorumaq üçün dəsmallabağlamış qadınlara və bir də çöldə xidmət edən yol polislərinə gəlir…

Adamın ürəyi az qalaistidən dayanır. Amma bu insanlar 46-47 dərəcə və bəzən də daha yüksək temperaturadaişləməyə məcburdular. Heç olmasa onların bu cür ağır zəhmətinə qiymət verilə? Bəzəngörürsən ki, günün altında işləyən fəhlənin, pambıq sahəsində alaq eləyən qadınlarınzəhmət haqqını da vaxtında vermirlər. Hətta bəzən görürsən ki, günün altında zülmçəkən və insanların təhlükəsizliyini qoruyan yol polislərinin də bu xidmətini qaraqüvvələrə nəzərə almayıb onlara vedrə bağladılar. Yəni bulanıq suda balıq axtarmağabaşladılar. Beləsini aparıb qoyasan Hacıqabulun, ya da İmişlinin avtomobil yolundagün təpəsinə döyə və onda başa düşər ki, ay dadi-bidad, günün altında işləmək nədeməkdir. Bax, onda bəlkə hər şeyi qara görməyə alışan bu cür üzdən iraq adamlarınağlı başına gələ.

Deyirlər ki, adamlarən çox soyuqdəymədən ölür. Yəni istidən və günvurmadan ölən olmur. Hətta bu barədəbir rəvayət də var: qəbiristanlıqda bir qəbir qazan kişinin cavan bir oğlan çoxqalın geyindiyini görüb təəccüblənir. Deyir ki, ay ağsaqqal, 45 dərəcə isti var,sən də qalın geyinmisən, ayağına uzunboğaz çəkmə taxmısan, başına da qalın papaqqoymusan. Bəs qəbir qazanda istidən ölmürsən? Qəbirqazan ağağsaqqal da qayıdıb cavanoğlana bildirir ki, ay oğul, mən 50 ildir qəbir qazıram, hələ görməmişəm ki, kimsəistidən ölsün. Mənim qazdığım qəbirdə dəfn olunanların hamısı soyuqdəymədən ölüb…

… İndi qayıdaq buisti havalara. Və bu isti havalarda çoxlu sayda insanlar günvurmadan və istivurmadanpis vəziyyətə düşüblər. Hətta bir neçə gün əvvəl metronun «Koroğlu» stansiyasındaorta yaşlı bir adam ürəktutmasından dünyasını dəyişib. Onunla bərabər Yeni Günəşliyəişləyən 50 nömrəli marşrutdan düşüb evə getmək istəyən 73 yaşlı bir kişi də ürək tutmasından vəfat edib.Biz bunları xatırlamaq və yada salmaqla onu demək istəyirik ki, anomal istilərindavam etdiyi günlərdə insanlar özlərini qorumalıdılar. Xüsusən də hava 41 dərəcədənartıq isti olanda tikinti işlərində, çöldə və təsərrüfat sahələrində işlər dayandırılmalıdır.Çox təəssüf ki, bu qaydalara çoxları əməleləmək istəmir.

Hətta Bakıda 44 dərəcəisti qeydə alınarkən tikintidə işləyən fəhlələr olub. Və bu gün də onları bir çoxsahibkarlar qul kimi günün altında işlədirlər. Bir çox halda tikintidə çalışan ofəhlələrlə sahibkar arasında əmək müqavilələri də bağlanmır. Əgər əmək müqavilələribağlansa, həmin sahibkar ilk növbədə Sosial Müdafiə Fonduna bir ətək pul verməlidir,üstəlik də fəhlələr sığorta olunmalıdır. Bunlar çox nadir halda bizim tikinti şirkətlərindəqanunla tənzimlənir. Əksər tikinti şirkətləri hər şeyi azərbaycanlı təfəkkürüylədüşünürlər. Yəni çöldən-çölə fəhlələri işlət, qəpik-quruş ver və yola sal getsin…

… İstilərsə davameləyir. Hətta bundan da kəskin istilər gözlənilir.Kəskin istilərdə isə hərə özü barəsində götür-qoy eləməlidir. Yoxsa müdirlərin,sahibkarların insafına qalsa, günün altında o zəhmətkeş insanları qul kimi işlədibaxırına çıxacaq. Hansı ki, bu isti havalarda it-itliyiylə kölgəlik axtarır və ititliyiylə kölgəlik axtarırsa, minlərə insanlar niyə adam yerinə qoyulmur? Çünkionları adam yerinə qoymayanların özlərinin adamlığı çoxdan itib…


TƏQVİM / ARXİV