adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Iyul 2018 13:01
9717
SİYASƏT
A- A+

Ərdoğan Bakıya gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

 Ərdoğanın Bakı səfəri bir gün sürəcək.

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gəlmiş R.T.Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimixarici ölkəyəilk rəsmi səfəridir.

Heydər ƏliyevHava limanında R.T.Ərdoğanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Əyyubov, xarici işlər nazirinin müaviniXələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və başqa rəsmilər qarşılayıblar.


Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidentiİlham Əliyevtürkiyəli həmkarınırəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkənin prezidentləriarasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidentiİlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanınnümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Bu tədbirlərdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra BakıdanŞimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək.