ANA SƏHİFƏ / GÜNDƏM

DTX: “Bir ildə ölkəyə qayıdan 20 ekstremist saxlanılıb”

7326    |   2018-07-10 12:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyllərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.

DTX rəsmisinin sözlərinə görə, Daxili İşlər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində son bir ildə xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb, 12 əcnəbi ekstremist Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkə hüdudlarından çıxarılıb, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist respublikaya qayıdarkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

DTX-nın şöbə rəisi qeyd edib ki, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur: "Din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır”.




İmza:

Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

Şəhid oğluna böhtan atan, Avropada gizlənən “qəhrəmanlar”a CAVAB

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

Qanlı şprislərin əks olunduğu fotolar Azərbaycanda çəkilməyib - RƏSMİ

“Bakcell”in dəstəyilə yenidən M.A.P. Festivalı keçirilib

Spiker : 2018-ci ilin 9 ayı ərzində bütün makroiqtisadi göstəricilər üzrə artım qeydə alınıb

Ülvi Bünyadzadə obrazının Azərbaycan vətənpərvərlik lirikasında əhəmiyyəti və özəllikləri

Baş prokuror Tərtərdə 8 rayonun sakinlərini qəbul edəcək

"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Deputatlar bu gün büdcə müzakirələrinə toplaşır

KALİFORNİYA YANIR

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK