ANA SƏHİFƏ / SİYASƏT

Rövşən Rzayev Yaponiya nümayəndələrini qəbul etdi

5894    |   2018-07-10 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın "Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Adalet.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Yaponiyanın ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirərək, humanitar missiyanın fəaliyyətinin xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən soydaşlarımızın bu missiyadan davamlı olaraq faydalandığı razılıq hissi ilə qeyd edilib.

Qonaqlara məlumat verilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyev bu sahədə məqsədyönlü, düşünülmüş siyasət aparır, mühüm dövlət proqramları icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva yaşayış üçün təhlükəlibinalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini yeni mənzillərlə təmin edilməsi məsələsinə xüsusi diqqət göstərir.

Görüşdə "Fuji” humanitar missiyasının qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlərə görə təşəkkür edilib. Qeyd edilib ki, missiyanın həyata keçirilməyə başladığı 2005-ci ildən bu günə kimi 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 28 mindən artıq qaçqın, məcburi köçkün və aztəminatlı şəxs "Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2500-dək insanı müayinə edib. Eyni zamanda Akio Kanainin Yaponiyanın "Yomiuri” qəzetinin ən yüksək mükafatı "Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülməsi və mükafatın 5 milyon yen həcmində maliyyə vəsaitinin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə köməklik məqsədilə ayrılması məmnunluqla xatırlanıb.

Akio Kanai Azərbaycanda məcburi köçkünlər üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib. Akio Kanai missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib.



Görüşdə eyni zamanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso ilə tanışlıq olub. Diplomat 1995-1997-ci illərdə də ölkəmizdə çalışdığını bildirib. O, ötən dövr ərzində Azərbaycanda baş vermiş dəyişiklikləri, inkişafı yüksək qiymətləndirib. Xüsusi ilə məcburi köçkünlərlə bağlı dövlət tərəfindən həyata keçirilən layihələrin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Dövlət Komitəsinin sədri Quido Ambrosoya fəaliyyətində uğurlar arzu edib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.




İmza:

Bahar Muradova: “Belarus səfəri Prezidentin növbəti uğurudur”

Əli Əhmədov: "Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır"

Zakir Həsənov: "Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü..."

Əliyevlə Lukaşenkodan dünyaya Qarabağ mesajı

Çavuşoğlu: 84 şəxsin adı Pompeo və Boltona verildi

Azərbaycan nümayəndə heyəti AŞ PA-ya gedir

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı

“Ermənilər Şahbaz və Dilqəmlə bağlı real iradə göstərməlidirlər” - Zahid Oruc

Türkiyəli deputat NATO PA-nın vitse-prezidenti seçilib

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK