ANA SƏHİFƏ / YAZARLAR

Adamların öküzlüyü - Emin Akif yazır

6732    |   2018-07-10 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən internetdə qarşıma bir video çıxdı. Yasamalda cöngəni yük maşının arxasına bağlayıb daşıyırdılar. Maşın sürətləndikcə cöngənin ayaqları gücdən düşür və isti asfatla sürünürdü. Və bir nəfər də bunu çox maraqla çəkib internetə yükləyib. Yolun qırağı ilə gedən adamlar da bunu görüb səslərini belə çıxartmırlar. İnsan nə qədər vəhşi olmalı ki, cöngəyə bu cür əziyyət versin? Nə olsun ki, heyvandır? İndi bunun günahını kimdə axtaraq?Cöngəni daşıyan adamdamı? Onu görüb susan adamlardamı? Adamın adamla davası düşər, polis yaxınlaşar ki, əsayişi pozursan. Tutar qolundan, aparar bölməyə. Amma heyvana qarşı olunan zülm elə həm də əsayişi pozmaq deyilmi?

İstədim bu işin arxasınca düşüm, tapım o adamı, soruşum ki, niyə belə edir? Yadıma bir əhvalat düşdü.

Bir vaxtlar, ölkələrin birində arpa, qarğıdalı, saman alış-verişi ilə məşğul olan varlı bir tacir var imiş.Varlı olsa da pul-parasını göyə sovurmazmış. Arvadı bir gün buna demiş:

- Uşağın ayaqqabısı köhnəlib, yeni ayaqqabı almaq lazımdır.

Kişi arvadına demiş:

- Bu necə işdi axı? Anam mənə iki-üç ildən bir ayaqqabı alardı, amma atam yenə də hirslənərdi. Bizim vaxtımızda bir ayaqqabı beş-on il geyinilərdi. İnsanlarda namus qalmayıb. İndi bizim oğlumuz iki ayda bir yeni ayaqqabı aldırır. Səndə heçmi insan qalmayıb?

Qadın günahı boynundan atmış və hirslə oğluna demiş:

- Sən necə uşaqsan? İndiki uşaqlarda da heç insaf qalmayıb. İki ayda bir ayaqqabı yırtılarmı?

Uşaq:

- Günah məndə deyil, siz də bunu yaxşı bilirsiniz, mən əvvəllər bir ayaqqabını bir il geyinirdim. İndi hər şeyin zayı çıxıb. Günah satıcılardadır. Ki, keyfiyyətsiz ayaqqabı satırlar.

Ana oğlunu da götürüb satıcının yanına yollanır və soruşur ki, bizə niyə keyfiyyətsiz ayaqqabı satmısan?

Satıcı:

- Günah məndə deyil. Ayaqqabılardan şikayətlənən təkcə siz deyilsiniz. Mən də bu zay ayaqqabıları bəyənmirəm. Amma neyləyim? İndi zaman yetişdi. İnsanlarda əxlaq qalmayıb. Günah pinəçidədir. O, möhkəm ayaqqabılar düzəltsəydi, belə olmazdı.

Müştərilərin şikayətindən bezən satıcı pinəçinin yanına getmiş və niyə belə etdyini soruşmuş.

Pinəçi:

- Günah məndə deyil. Mənim bu ayaqqabıları düzəltmək üçün material aldığım tacirdədir günah. Ki, məni aldadıb. Satdığı dərilər davamsızdır.

Pinəçi əsəb içində ona dəri satan tacirin yanına gedirvə bunun səbəbini soruşur.

Dəri satan:

- Vallah, mənim heç bir günahım yoxdur. Mən sənə zay dəri satmaq istəyərəmmi? Amma zaman dəyişib. Bilirsənmi neçə dəri fabriki dəyişmişəm? Hamısı zay dəri istehsal edirlər.

Dəri satan bununla kifayətlənməyib dərini aldığı fabrikin sahibinin yanına getmiş.

- Sizin çürük dəriləriniz ucbatından mən hamının yanında başı aşağı olmuşam.

Fabrik sahibi:

- Nə desən, haqqlısan, qardaş. Amma vallah, məndə günah yoxdur. Zaman dəyişib, insanlarda əxlaq qalmayıb. Həm əvvəlkindən bahalı, həm də çürük dəri satırlar.

Fabrik sahibi ona dəri xam dəri satan tacirin yanına gedib şikayətləri danışmış.

Xam dəri dəri satan tacir:

- Haqqlıdırlar. İndiki dərilər əvvəlkilər kimi sağlam çıxmır. Amma dərilərin sağlam olmamağı mənim günahım deyil. Biz bu dəriləri qəssaba heyvan gətirən sürü sahiblərindən alırıq. Günah onlardadır.

Xam dəri satan tacir də öküz dəriləri satan sürü sahibinin yanına getmiş.

Sürü sahibi:

- Bunda mənim günahım yoxdur. İndi zaman dəyişib. Təkcə insanların əxlaqı yox, öküzlərin də dərisi pozulub. Mən sizə öz dərimi satsam, niyə çürük dəri satırsan deyə bilərsiniz. Amma mən sizə öz dərimi deyil, öküzün dərisini satıram. İnanırsız, öküzlərdə belə namus qalmayıb.

Sürü sahibi qəssaba aparacağı öküzlərdən birini tutub ona demiş:

- Məni tacirin yanında utandırırsan, heçmi utanmırsan əməlindən? Sənin ucbatından mənim üstümə gəlir adamlar. Siz öküz tayfasının dərisi əvvəllər daha sağlam olurdu. İndi hamınızın dərisi zay çıxır.

Öküz boynunu bükmüş və demiş:

- Bunda biz öküzlərin heç bir günahı yoxdur. Mən bütün gücümlə,ətimlə, buynuzumla, dərimlə sahibimə yararlı olmağa çalışıram. Əvvəl-axır insanlar mənim baçımı kəsib dərimi soyacaqlar. Mən də istəyərəm ki, sizə yaxşı dəri verim. Amma neyləyim, zaman dəyişib. Heç nə mənim əlimdə deyil. Sahibim önümə arpa adı ilə yarısı qum olan bir yem qoyur. Saman adı ilə çürümüş ot verir. Belə yemlə ancaq belə dəri olar da.

Öküz utanıb sahibinin yanına gəlir:

Niyə mənə yaxşı baxmırsan? Sənin ucbatından bizi günahlandırırlar.

Öküzün sahibi demiş:

- Düz deyirsən, amma günah məndə deyil. Günah mənə arpa, saman satan tacirdədir.

Beləcə, o bunu günahkar çıxarmış, bu da onu.

İndi gedib kimin xirtdəyindən yapışasan ki, öküzə niyə elə zülm verisən? Vallah, öküzü günahkar çıxartmasalar, başımı kəsərəm. Kimdən kömək istəyəsən?

Kəndimizdə bir qadın var idi. Ağıllı Gülöyşə deyirdilər. Kimin nə problemi olurdu, gəlirdi arvadın yanına, məsləhət alırdı. Çoxusu da həllini tapırdı. Bir gün sarı öküzün başı, nə hikmətdirsə, bilmirəm, boyunduruğa ilişib qaldı. Kəndin adamları nə illah elədilərsə, onun başını çıxara bilmədilər . İş düşdü, ağıllı Gülöyşəyə. Onu çağırdılar. Gülöyşə bir az fikirləşdi və dedi:

- Boyunduruq çıxmırsa, öküzün başını kəsin, öküz can verəndən sonra boyunduruğu rahat çıxararsınız.

Öküzün sahibi heç tərəddüd eləmədən öküzün başını kəsdi. Amma tərslikdən bu dəfə də boyunduruq çıxmadı.

Gülöyşədən yenə məsləhət aldılar. O dedi:

- Deməli,əgər öküzün başını kəsdiyiniz halda, boyunduq çıxmadısa, boyunduruğu kəsin.

Qorxuram ki, bu dərdi kiməsə danışsam, öküzü günahkar çıxarıb başını kəsəcəklər. Əşşi, mənimki də dərddi ha, bəlkə də artıq öküzün başını kəsiblər...






İmza:

YAZARIN ARXİVİ

2018-09-25 : NAMUS QURBANI...
2018-09-24 : PROKUROR ÖMRÜ
2018-09-24 : DİŞİ CANAVAR
2018-09-24 : NAMUS QURBANI...
2018-09-22 : SƏS ÖMRÜ
2018-09-22 : Ağdamda son azan
2018-09-20 : Liftin dramı
2018-09-20 : Şeyx qan verdi
2018-09-20 : TƏBRİK
2018-09-19 : İYDƏLİ PİR
2018-09-18 : NİZAMİ UCALIĞI
2018-09-18 : Hakim etikası
2018-09-18 : Xoşbəxtlik
2018-09-18 : VADAR OLDUM
2018-09-18 : Dayandur SEVGIN
2018-09-14 : O, əsl insan idi
2018-09-14 : QƏRAR
2018-09-14 : O, əsl insan idi
2018-09-14 : Avtoportretvari
2018-09-13 : O, əsl insan idi
2018-09-13 : Rüstəm Behrudi
2018-09-12 : O, əsl insan idi
2018-09-12 : Zaman və biz
2018-09-12 : KOR
2018-09-11 : Seyran İsmayıl
SON XƏBƏRLƏR
2018-09-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK