adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Iyul 2018 12:15
16373
ŞOU-BİZNES
A- A+

Türk məşhurun yaxtası qayalığa çırpıldı

Türkiyənin Muğla şəhərində istirahətdə olan tanınmış müğənnilər Mustafa Sandal və Göyxan Türkmən qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, M.Sandala məxsus yaxta qayalıqlara dəyib və batma təhlükəsi ilə üzləşib. Həmkarına yardım etməyə çalışan G.Türkmən ayağından yaralanıb.

Qəza nəticəsində yaxta ciddi zərər görüb. Hazırda hər iki müğənninin vəziyyətinin yaxşı olduğu bildirilir.