ANA SƏHİFƏ / GÜNDƏM

“Gəncədə törədilən cinayət terror aktıdır” - Mübariz Qurbanlı

1439    |   2018-07-10 11:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gəncədə törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlər, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaq və dindən bu ad altında istifadə etməkdir"

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Azərbaycan güclü dövlətdir və kimlərsə bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz:

"Bunu dinlə bağlayanlar əslində dini təhrif edirlər. Çünki bu dinə aid məsələ deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli cəzalarını alacaq. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq".

M.Qurbanl təəssüf hissi ilə qeyd edib ki, bəziləri hadisəni yalnış yozur: "Artıq mahiyyət bəllidir. Gəncədə terror aktını törədənlərin kimliyi, onları müdafiə edənlər ortadadır. Bu yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir. Onlar öz istəyinə nail olmayacaq".

Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.



İmza:

SEVGİDƏN DOĞULMUŞ SƏNƏT və ya ƏBƏDİYYƏTİ YARADAN NƏFƏS

FƏXR EDƏ BİLƏCƏYİMİZ İNSAN - Uroloq-cərrah prof.dr.Akif Bağırov

GÖYÇAYDA QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR ƏZMKAR FƏALİYYƏTLƏ HƏLL OLUNUR

Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Fuad Muradov Almaniyada azərbaycanlı iş adamları ilə görüşüb

Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

İranla gömrük əlaqələri genişlənir

"TANAP-ın həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi..."

Mübariz Qurbanlı: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə..."

Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə iclas çağırdı

Elman Məmmədov: Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq

Bakıda çökən yol 7-8 il əvvəl salınıb - Açıqlama

SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK