adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Iyul 2018 11:45
4346
HADİSƏ
A- A+

Biləsuvarda qohumunu güllələyən şəxs tutuldu

İyulun 10-na keçən gecə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, İitintaq və əməliyyat tədbirləri ilə V.Babayevin evində qohumu Valeh Hüseynovun tüfəngdən açdığı atəşdən xəsarət aldığı müəyyən edilib.
Görülmüş tədbirlərlə V.Hüseynov saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.