ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda taksi xidməti təkmilləşdiriləcək

2872    |   2018-07-10 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Regionlarda istismar edilən taksi minik avtomobillərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə dair vətəndaşlardan daxil olan sorğulara əsasən bildirək ki, taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub.

Bu barədə Modern.az-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarova deyib ki, hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları geniş vüsət alıb:

"Bu tip avtomobillər nə avtobuslarla sərnişin daşınmasına, nə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatlıq doğuran vacib məqamlardan biridir. Bu problemin həlli məqsədilə təkliflər hazırlanıb, eyni zamanda belə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb. Sifarişli daşımalarla bağlı oxşar problemlər digər dövlətlərdə də mövcuddur”.


Onun sözlərinə görə, Bakı şəhərinin simvollarından birinə çevrilən "London taksiləri” ilə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün də işlərin görülməsi nəzərdə tutulub:

"Çağrı sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq proqram təminatı hazırlanır və tezliklə müştərilərin istifadəsinə təqdim olunacaqdır. Eyni zamanda, taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcəkdir. Bu tədbirlərə sürücülərin reytinqinin aparılması, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və s. daxil olacaq.
Xüsusilə vurğulayaq ki, vətəndaşlarımıza və ölkəmizə gələn qonaqlara göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti stendi təşkil edilib, xüsusi ayrılmış duracaqda taksi minik avtomobillərinin nizamlı dayanması və növbəli şəkildə müştərilərin xidmətinə verilməsi təmin edilib”.




İmza:
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK