adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Iyul 2018 11:09
6482
HADİSƏ
A- A+

Qəbələdə 1 nəfər yol qəzasında öldü

İyulun 9-da saat 14:30 radələrində Qəbələ şəhəri 28 may küçəsində şəhər sakini Nurlan Xəlilov idarə etdiyi " Niva” markalı avtomobillə rayonun Bum qəsəbəsi istiqamətində hərəkətdə olarkən, onun qarşısında hərəkət edən " Hundai sonata” markalı avtomobilin sürücüsü , şəhər sakini Elçin Məmmədovun geriyə manevr etməsi nəticəsində hər iki avtomobil toqquşub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, baş vermiş qəza nəticəsində hər iki sürücü , eləcə də avtomobillərdə sərnişin qismində olan Elşən Aslanov və Leyla Məmmədova müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına və diaqnostika mərkəzinə yerləşdiriliblər. Aldığı ağır bədən xəsarətlərindən sürücü E. Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.