ANA SƏHİFƏ / GÜNDƏM

Müdafiə Nazirliyi aylıq hesabat verdi

4741    |   2018-07-10 10:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müdafiə Nazirliyi iyun ayında dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, təhsil müəssisələri, ictimai qurumlar ilə birgə bir sıra tədbir və layihələr həyata keçirib, eləcə də müxtəlif televiziya kanalları və informasiya agentlikləri nümayəndələrinin cəbhəboyu zonaya səfərləri təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ay ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər, Xocavənd, Beyləqan, Qusar, Füzuli, Şəmkir, Gədəbəy, Goranboy, Qazax, Tovuz, Bərdə, Tərtər, Göyçay, Bakının Nəsimi, Suraxanı, o cümlədən Gəncə şəhər icra hakimiyyətləri ilə birgə cəbhə bölgələri də daxil olmaqla müxtəlif hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, Gəncə Qarnizonu Zabitlər Evində, Hərb Tarixi Muzeyində, Respublika Veteranlar Təşkilatında hərbi-vətənpərvərlik mövzusunda 40-dək tədbir keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi, Milli Qurtuluş Günü münasibətilə keçirilən müxtəlif tədbirlərdə, eləcə də Milli Qəhrəmanlarımızın, şəhidlərimizin əziz xatirələrinə həsr olunan mərasimlərdə şəxsi heyət, şəhid ailələrinin üzvləri, müharibə veteranları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tələbələr, məktəblilər və digərləri yaxından iştirak ediblər.

Hesabat dövründə Müdafiə Nazirliyi ilə Birləşmiş Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Nəsimi və Suraxanı rayon təşkilatlarının, Prezident yanında Bilik Fondunun nümayəndə heyətləri, eləcə də bir sıra QHT-lərin təmsilçiləri hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi, onun keyfiyyəti və digər məsələlərlə yaxından tanış olublar.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci tədris ilinə hazırlıq planına əsasən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi tərəfindən beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib. Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən "Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans təşkil olunub.

Kütləvi informasiya vasitələrində yayımlanması məqsədilə iyun ayında Müdafiə Nazirliyi tərəfindən 141 rəsmi məlumat, 741 foto, 30 videomaterial hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

AzTV, Xəzər, ATV, CBC, ARB televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılması üçün icazə məktubları verilib.

Hesabat dövründə televiziya və informasiya agentliklərinin nümayəndələri Müdafiə Nazirliyi tərəfindən təşkil edilən 20 tədbirin işıqlandırılması üçün dəvət alıblar.




İmza:
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK