Nicat Novruzoğlu: AA TOYU

NİCAT NOVRUZOĞLU
72502 | 2018-07-09 18:10

Deyir qulaq gündəbir söz eşitməsə kar olar. Günün hərarətli olması səbəbindən inan ki, qulağım gündə onlarla söz eşidir. Söz deyəndəki, bir-birindən maraqlı xəbərlər, informasiyalar, söz-söhbətlər. Özü də istiyəuyğun temperaturlu söhbətlər. Hərarətli söz-söhbətlər.

Eləsi olur ki, kiminsəuydurması olur, eləsi olur ki, gizlədilmiş gerçəklik olur, eləsi də olur ki, hamınızaəvvəl-axır bəyan olan məsələlər.

Bu istinin təzyiqqaldıran günündə özümü verdim şəhərimizin parklarından birinin ağaclarının kölgəsinə.Bir az sərinlədikdən sonra başladım parkı o baş, bu baş gəzməyə. Bir tərəfi yamaqlı,bir tərəfi çayxanalı bu park da hava kimi sıxdı məni. Beynimdə saf-çürük eləməkistədiyim söz-söhbətlər də bir tərəfdən. Parkı tərk elədim. Düşündüm ki, bəlkə buaddımımla beynimdəkiləri də bir müddətlik qova bilərəm. Amma nə edim ki, beynimdəkilaboratoriya məsələləri durmadan analiz edirdi. İşıq şunuru niyə açıldı, icra başçısıniyə güllələndi, şair özünü niyə canlı yayımda cızır? Mən ona cızmaq deyirəm. İntiharüçün kəsilən damar elə kəsilməz. Lap dəb olan variantda desəm, şou idi bu mənimüçün. Gündəm şousu.

Parkı tərk etdikdənsonra ünvansız olaraq bir istiqamətdə yeriyirdim. Sanki özümü beynimdəkilərdən qurtarmaqüçün yeriyirdim. Tərslikdən də mən yeridikcə beynimdə mənimlə bərabər addımlayırdı.

Bu anda köməyiməbir çarhovuz çatdı. Küçəsində bir bulağı olmayan paytaxtda pulsuz su tapmağın sevinciniyazaraq çatdırmaq mümkünsüzdü. Gərək onubağıraraq ifadə edəsən.

Özümü bu çarhovuza çatdırırb əməlli-başlı əlimi, üzümü,boynumu yudum. Hətta başımı o çarhovuzda dövr eliyən şəlalənin suyuna da soxdum.Xeyli sərinlədim. Beynim də sakitləşdi. Başımı qaldırıb dərindən nəfəs aldım. Sankişəlalə beynimin içini də yumuşdu.

Elə o yuyulmuş beynimləyan-yörəmə baxanda gördüm ki, çarhovuz bir dəbdəbəli sarayın həyətinə məxsus imiş.İki gözümlə bu sarayı tam nəzərdən keçirəndən sonra gözlərim dikildi sarayın həyətindəkimaşın və insanlara. Onda mənə bəlli oldu ki, bura şadlıq sarayıdı. Yaradan məniistəyib ki, yaxşı ki, şadlıq sarayıdı. Yoxsaki, kiminsə evi-eşiyi olsaydı indi məni bağlamışdılar o açılan işıq xəttinə.

Xülasə, maşınlarabaxıb gördüm ki, hamısının seriyası AA-dır. O dəqiqə bu qərarı verdim ki, yəqinbəyin də gəlinin də adları A hərfi ilə gəlir. O səbəbdən də maşınların seriyasınıAA yazdırıblar. Məsəl üçün-Aydın və Aydan və ya Arzu və Arzu və s.

Mən belə şeyin şahidiolmuşam. Bir dəfə bəyin də gəlinin də baş hərifləri B idi. Sarayın foyesində böyükhərflərlə BB yazmışdılar. Düzdür, bu BB bəzilərinin elə foyedəncə dala qayıtmasınasəbəb olsa da, bəziləri üçün ölümsüzləşmək üçün seçdikləri yer idi.

Qayıdaq AA-ya. HəyətAA-la dolu idi. Hamısı da qiymətli və tər-təmiz maşınlar. Krılosuna bax, saçınıdara.

Bu təmizlik və zənginlikmənə zövq verdi. Az qaldım ki, çağırılmamış qonaq da olsam girəm içəri, 20-dən30-dan yazdıram. Yaxşı ki, cibimdə 2 manatdan artıq pul yox idi. Buna da səbəb istidi.Özüm cibimə az pul qoyuram. Cibimdə çox pul olanda isti daha çox yandırır, tərlədirməni.

Baxdım ki, elə çarhovuzunyanındaca, məndən azacıq aralıda biri dayanıbözünü şəlalənin hesabına yaranan sərin küləyə verir. İstidən gileylənə-gileylənəbaşladım onunla ünsiyyət qurmağa. Cüzi ümumi söhbətdən sonra irişə-irişə soruşdumki, yəqin toy səbəbkarlarının adları A hərfi ilə gəlir. O da təəccüblə üzümə baxıbdedi ki, qızın adını bilmirəm, amma oğlan filankəsin oğludur. Qoy görüm adı nədir?Dəvətnaməni qabaq oturacağın arxa cibindən çıxarıb baxdı: "G-nan gəlir. Nəyəgörə soruşdun ki?" Dedim maşınların seriyasına görə. Hamısı AA-dır. Kişi diqqətləhəyətdəki maşınları süzüb başladı şalvarını göbəyinin üstünə darta-darta gülməyə:"Kefin olsun. Bunlar dövlət maşınlarıdı. Ona görə hamısı AA-dır. Bunun evlənənlərənə dəxli?"

Tupoyluğum özümədə pis təsir etdi. Az qaldım həmin o beynimi yuyan şəlaləni qoşulduğu "urus"enerjisindən ayıram.

Özümü itirmədim.Mən də başladım gülməyə. Güldüm ki, kişi heç ürəyində də mənə tupoy deməsin. Baməzədesin, amma tupoy deməsin. Biz tupoy olsaq da, adımızı eşidəndə qıcıqlanırıq axı.

Bu ikitərəfli gülüşdənsonra daha da ürəkləndim. Həyətdə dayanan camaatı göstərib kişidən soruşdum:"Deyəsən bəy-gəlin hələ gəlməyib?" Kişinin cavabı qısa oldu: "Ujeiçəridədirlər".

"Bəs bu camaatniyə zala keçmir?" - sualıma kişi bir ovuc suyu şəlalədən götürüb üzünə vurandansonra cavab verdi: "Bunların yarısı şoferdi, yarısı da "axran". Bizim bu toyda nə işimiz? Gedən gedib. Uje toydadı".

Bu cavabdan sonrabildim ki, yüz faiz kişi uje ürəyində mənə tupoy deyir. Hələ bunu 5-10 nəfərə dədanışıb məni də onlara tupoy adı ilə təqdim edəcək. Uzaqlaşdım ordan.

Düz də etdim. Sarayınərazisini tərk edən kimi özümə gəldim. Yuyulmuş beynimin çirkləri çıxdı yenə üzə.Hər şey bərpa oldu.

Bu bərpadan bir əhvalatyadıma düşdü. Çox da uzaq olmayan keçmişdə Baltikyanı ölkələrin birində belə birhadisə baş vermişdi. Hansısa nazir qayınatasını xidməti maşını ilə evlərinə yolasalmışdı. Forslanmışdı qayınatasının yanında. Həmin naziri dövlət maşınından şəxsiməqsədlər üçün istifadə etdiyinə görə atdılar vəzifədən kənara. İndi eşitdiyiməgörə, ictimai nəqliyyatla gəzir.

İndi bizim bu məmurlarakim başa salsın ki, xidməti avtomobillərdən şəxsi maraqlar üçün istifadə yolveriləməzdir.O dövlətin sənə verdiyi avtomobilin də, onu idarə edən sürücünün də vaxtı və zamanıvar. İstifadə müddəti var. Ey məmur, sən dövlət malına can yandırmağa, qorumağaborclusan. Çünki sən dövlət işçisən. O dövlət maşını sənin həyat yoldaşını, uşaqlarını,qayınatanı, qayınananı, sevgilini gəzdirmək üçün deyil.

Allaha şükür, əlinizdə var, ayağınızda. Hələ sürücülük vəsiqəniz də. Bir-birindən də fərqli qiymətlərəmaşınlarınız da. Minin öz maşınınıza, sürün hara istəyirsiniz. Bir az da öz malınızdanistifadə edin. Nə vaxtacan dövlət "şotuna" yaşayacaqsınız?


TƏQVİM / ARXİV