adalet.az header logo
  • Bakı 21°C
09 Iyul 2018 11:08
12657
MƏMLƏKƏT
A- A+

Dövlətimiz bizə Allahın ən böyük nemətidir

Azərbaycan bir dövlət olaraq hər bir xalqın dinini,milli mənəvi dəyərlərini hörmətlə azad yaşada bildiyi ölkədir.Respublikamız multikultiralizmlə dünyaya örnəkdir. Hər dindən olanlar dinlərini,hər xalqdan olanlar milli adət ənənələrini azad və rahat şəkildə yaşaya və yaşada bilir.Azərbaycan Respublikası nadir dünyəvi dövlətlərdəndir ki,dinlərə və onların kitablarına dövlət səviyyəsində ən ali dərəcədə hörmət və ehtiram var.Bir müsəlman olaraq mən dinimi yaşamaqda bir maneə ilə rastlaşmamışam.

Namazlarımı vaxtı çatdığı zaman harda istəsəm qıla bilirəm. İstər məscidlərdə, istərsə əyləncə mərkəzlərində xüsusi ibadət üçün nəzərdə tutulmuş yerlərdə müsəlmanlar üçün vacib hesab olunan namazımı qılıram. Düşünürəm ki,vicdanı olan hər kəs mənimlə bu məsələdə razılaşar.Yaxşı bəs bizim dövlət nəyə qarşıdı?Din adına etiraz olaraq ortaya çıxanlar deyiləndə nə nəzərdə tutulur? Bəli dövlətimiz inkişaf etməkdə olan ölkədir və mədəniyyətin,incəsənətin ən üstün,ən inkişaf etmiş ölkələrlə müqaisə oluncaq səviyyədədir.Və əlbətdə daha da inkişaf edəcəkdir.Burada hansısa xurafat dolu əməllərə, çıxışlara yer yoxdur.Dövlətimiz Ulu Öndərdən başlayaraq buna qarşı olub və olacaq da.Bütün dinlər elmi,texniki tərəqqini diqqətə çəkir hər kəsi dərin və sağlam düşüncəyə təşfiq edir. Çox təəssüf ki, son hadisələr zamanı yanlış düşüncə tərzinin olduğunu və bu düşüncə sahiblərinin önərdiyi yaramaz çözümlərin şahidi oluruq. Birinci yanlış düşüncə hansısa terror aktını,hansısa qətli din adı altında etmək və qatili sanki ən imanlı təqvalı mömin kimi təqdim etmək,tanımaqdır.Əvvəla mömin qatil deyil və ola da bilməz.İslam sevgi,barış,xoşgörünüşlü dinidir.İkincisi Allahın kitabında kimisə hiylə qurub qətlə yetirməyə çalışmaq yoxdur.İslam əxlaqına,İslamın kitabına ziddir.İkincisi isə qatilin belə qətli islam üçün etdiyi yanılğısıdır.Çünki,zamanımızda ən rəzil əxlaqsızlığı homoseksuallıqdır.Və dinimizin kitabı Quranda bu əməlin sahiblərinin lənətləndiyini,bu

əməlin ən iyrənc əməl olduğu göstərilir və bu işin günah olduğu vurğulanır.O kəs din adına bir şey etmək istəyirsə niyə bu rəzilliyə qarşı əks təbliğat aparmır?Niyə məhz dövlət məmuruna qəsd edilir?Məsələ çox sadədir.Burda marağı olan qüvvələr Azərbaycanda fitnə çıxarmaq istəyir.Və dinin kitabından xəbəri olmayanlar asanlıqla bu fitnəyə uyur və qatili ən təqvalı mömin hesab etməyə başlayır.Nəticə isə təəssüf ki,mənfur fitnəkarın xeyrinə bitir. İkinci yanlış fikir isə din düşməni,ateist qüvvələrin irəli sürdüyü fikirlərdir.Bu şəxslər isə insanların belə aldanışından istifadə edib hadisələri öz xeyirlərinə çevirməyə çalışırlar. Və məscidlər kitabxanaya çevrilsin, ziyarətgahlar bağlansın və.s təklifini irəli sürürlər.Əvvəla Azərbaycan modern,çağdaş,multikultiralizm ölkəsidir və burda heç bir vətəndaşa belə hörmətsizlik edilməz. İkincisi isə bu ki dövlət -vətəndaş arasında uçuruma gətirib çıxarar.Və yenə də burada mənfur fitnəkar düşmən qalib olar. Sən vətəndaşının inancına,mənəvi dəyərlərinə hörmət göstərməsən kənardan düşmənin ona özünü yaxşı göstərib sənə qarşı silah edər. Bir vətəndaş olaraq,dövlətçiliyinə sadiq,onu sevən bir vətənpərvər mömin olaraq düşünürəm ki,əkisinə dövlətimiz inanclı insanların inancına daha çox hörmət və sevgi göstərməlidir və ən əsası isə dövlətimiz özü hər bir din haqqında ətraflı,doğru,hər dinin yalnız kitabına uyğun maarifləndirmə aparnalıdır.Kənar mənfur qüvvələrin yanlış ideoloji təbliğatından öncə özümüz vətəndaşımızı maarifləndirməliyik.Burada bizim də üzərimizə vəzifələr düşür.Bir vətəndaş bir mömin kimi hər zaman dövlətimin yanındayam və gənclərimizin sağlam,doğru elmi dini bilgilərlə bilgiləndirmək yönündə əlimdən gələni etməyə hazıram.Yetər ki,dövlətimiz bizə bu işdə dəstək olsun.Bizim dövlətimiz hər vətəndaşını dini mənsubiyyətindən asılı olmayaraq qazanacaq.Və vətəndaşları sektalar adı altında dövlətə düşmən kimi göstərib dövləti zəiflətmək istəyənlərin də istəkləri ürəyində qalacaq.Azərbaycan dövləti başda prezidentimiz cənab İlham Əliyev olmaqla güclənəcək. Heç bir vətəndaş sektaya məzhəbə aid edilib kənarlaşdırılmayacaq.Təcili doğru bilgilərlə maarifləndirmə aparılmağa başlanarsa Allahın izniləhər vətəndaşımızı qazanacağıq.Bölünmək vaxtı deyil.Allah ayədə buyurur "Allahın ipinə sımsıkı sarılın dağılıb ayrılmayın.Gücünüz gedər zəifləyərsiz”Özünü müsəlman, mömin bilən hər kəs parçalanma fitnəsinə getməz, Allahın əmrindən çıxmaz.Zaman məzhəbləri də kənara qoyub tək Quran ətrafında birləşmək zamanıdır. Allahın əmri budur çünki Dövlətimiz bizə Allahın ən böyük nemətidir.Dövlətimizi vətənimizi birlik bərabərlik və sevgiylə qorumalıyıq.

Qərənfil Ağalarova