adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Iyul 2018 18:01
15889
DÜNYA
A- A+

Ərdoğan and içdi – Türkiyə prezident üsul-idarəsinə keçdi

Türkiyədə keçirilən 24 iyun prezident seçkilərinin qalib gələn Rəcəb Tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisində təşkil olunan mərasimdə and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Adalet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın andiçmə mərasimində 22 ölkənin dövlət başçısı, 27 dövlətin isə baş naziri və parlament sədrləri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edib.

Azərbaycandan tədbirə baş nazir Novruz Məmmədov qatılıb.

Ərdoğanın andiçməsilə Türkiyə parlament idarəetmə üsulundan rəsmən prezident üsul-idarəsinə keçib. Rəcəb Tayyip Ərdoğan isə prezident idarəetməli Türkiyə Cümhuriyyətinin ilk prezidenti kimi tarixə düşüb.

Mərasimdən sonra Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyə yollanıb.

Daha sonra isə Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq. Ehtimal olunur ki, Nazirlər Kabinetinin yeni tərkibində sürpriz adlar ola bilər.(azvision.az)