adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyul 2018 17:47
5947
MƏMLƏKƏT
A- A+

“Xırdalan dairəsi”ndən Avtovağzala qədər yol təmir olunur - XƏBƏRDARLIQ

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin

İctimaiyyətləƏlaqələrŞöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda yolun "Xırdalan dairəsi”ndən Beynəlxalq Avtovağzal kompleksinin qarşısınadək olan hissəsində işlər davam etdirilir.

Sözügedən istiqamətdə gündüz saatlarında hərəkət intensivliyi nəzərə alınaraq təmir-tikinti işləri gecə saatlarında aparılır. Bu məqsədləgecədənsəhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılır.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.