ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qanunsuz ov edənlər 116 min manat cərimələndi

2234    |   2018-07-09 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.

Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, 2018-ci ilin 6 ayı ərzində keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı ümumilikdə 529 akt və 152 protokol tərtib edilərək 116 315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 30, aidiyyəti rayon məhkəmələrinə 4 iş göndərilib.

Bundan brakonyerliklə məşğul olan şəxslərə qarşı 27 akt və 30 protokol tərtib edilərək 40497 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Qanun pozucularından 17 ədəd ov tüfəngi, 83 ədəd patron, 23 ədəd balıq toru, 2 ədəd qayıq mühərriki və qayıq götürülüb. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK