Hansı deputatların tapançası var? - “Silah olanda adamın ovcu qaşınır”
Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.
Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Modern.azsaytının əməkdaşı mövzuyla bağlı bir neçə deputatın fikrini öyrənib.
"Əvvəllər deputatın xidməti silahdan istifadə etməsi ilə bağlı norma müvafiq qanunda vardı. Daha sonra isə bu norma qanundan çıxarıldı. Guya, deputatın silah gəzdirmək hüququna malik olmasının nə mənası var ki? Məncə deputat hər zaman xalqın yanında olmalıdır, insanların problemlərin dinləməlidir, heç kimə pislik etməməlidir. Deputat bacardığı qədər insanların problemlərini dinləməli, həmin problemlərin həlli istiqamətində işlər görməlidir. Mənim kiminləsə ədavətim olmadığına görə də silah gəzdirməyə də ehtiyacım yoxdur və bu haqda düşünmürəm də”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovxidməti silah əldə etmək üçün Daxili İşlər Nazirliyinə müraciət etməyib.
"Mən vaxtilə yüksək vəzifələrdə işləmişəm. O zaman mənim xidməti silahım olub. Bildiyimiz ki, deputatın silah gəzdirmək hüququ var. Bunun üçün DİN-ə müraciət etməlidir. Şəxsən mən deputat fəaliyyətim zamanı xidməti silah gəzdirməyə ehtiyac duymamışam. Deputat həmkarımın çoxu da xidməti silah almayıb. Bizim daha çox avtomobilə ehtiyacımız var. Onunla da təmin oluna bilmirik. Bu çox çətin prosedur olduğuna görə, mən partiyanın avtomobilindən istifadə edirəm. Hesab edirəm ki, deputatın xidməti avtomobilinin olması daha vacibdir. Çünki deputat Milli Məclisə, tədbirlərə, seçicilərlə görüşə yollanan zaman həmin avtomobildən istifadə etməlidir. Amma xidməti silahım yoxdur”.