ANA SƏHİFƏ / GÜNDƏM

“İrəli”də “Marş : İrəli” başa çatıb

MirHəsən Seyidov: “Hər birimiz Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ilə biz torpaqlarımızı azad edəcəyik”.

3035    |   2018-07-09 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İrəli” İctimai Birliyi tərəfindən Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi məqsədi ilə keçirilən "Marş : İrəli” layihəsi başa çatıb.

Ağdam rayonunda keçirilən layihənin bağlanış mərasimində "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və "İrəli” İB işçi heyəti, layihə iştirakçıları N saylı hərbi hissəyə, həmçinin ön cəbhədə yerləşən postlara ziyarət edərək vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.

"İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov əsgər və komandir heyətini salamlayaraq bildirib: "Məlumdur ki, çox şərəfli peşənin sahibləri olan siz, vətənimizin keşiyində dayanmadan, gecə-gündüz növbədəsiniz. Düşmənlə burun-buruna ərazi bütövlüyümüzü qorumaq üçün əlinizdə silah səngərdə dayanmısınız. Qarlı qış ayı, isti yay demədən şərəfli forma əyninizdə, silah belinizdə vətənimizi qoruyursunuz. Günü gündən sürətlə inkişafda olan Azərbaycanın bu cür şəxsi heyətinin olması məni bir Vətəndaş olaraq sevindirir. Gənclərdə vətənpərvərliyin yüksək səviyyədə olduğunu görmək qürurverici hisdir. Təbii ki, Azərbaycanın ən son standartlara cavab verən texnikası var və bu günlərdə bir daha şahidi olub əmin oldum ki, o texnikanı idarə edən əsgər və komandirləri də var. İnanıram çox yaxın zamanda biz bu kimi təlimləri Cıdır Düzündə təşkil edəcəyik. 3 rəngli, şanlı bayrağımız Şuşamızda, Laçınımızda və digər işğal altında olan olan torpaqlarımızda dalğalanacaq. Axıdılan qan yerdə qalmayacaq, minlərlə şəhidimizin qisası tez bir zamanda alınacaq. Bilirəm ki, hər birimiz Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ile biz torpaqlarımızı azad edəcəyik. Ümid edirəm ki, biz də təşkilat olaraq öz payımıza düşən öhdəliyi layiqincə yerinə yetirib gənclərin güclü vətənpərvərlik ruhu ilə yetişməsinə nail ola bildik”.

6 gün davam edən layihə çərçivəsində Hərbi And səsləndirilib. "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və "İrəli” İB işçi heyəti, layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət ediblər. Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa gedərək şəhidlərin abidəsi önünə gül dəstələri qoyublar. Gənclər fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq məqsədi ilə həyata keçirilən layihədə qeyd edilən bacarıqlara sahib olublar. Gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlıqla tanış olublar

"MARŞ İRƏLİ” - ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.

"Marş : İrəli” layihəsi "İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.




İmza:

Sərnişinlər 175 nömrəli avtobusdan niyə düşürülüb? - RƏSMİ AÇIQLAMA

Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

ZƏKULLA BAYRAMLININ FÜZULİ DÜNYASI

GÜNÜN LƏTİFƏSİ

Prezident Malinin dövlət başçısını təbrik edib

İlham Əliyev ailəsi ilə açılış mərasimində

“Ermənistan dövləti Dağlıq Qarabağdan şərtsiz çəkilməlidir”

“Cümhuriyyət parlamenti dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb”

Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK