Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normaldır və müalicəsini davam etdirir".
Adalet.az xəbər verir ki, bunuAzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
Millət vəkili mütəmadi olaraq E.Vəliyevin səhhəti ilə maraqlandığını deyib: "Hazırda müalicə davam edir. Elmar müəllim qısa müddətdə işə qayıdacaq”
Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.
Digər Xəbərlər
23 Aprel 2024 20:11
"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04