ANA SƏHİFƏ / HADİSƏ

ANAMA partlayıcı maddə axtaran itlərin yetişdirilməsinə başlayıb

1590    |   2018-07-09 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) daha bir yeniliyə imza atıb.

"AzeriDefence”nin məlumatına görə, ANAMA yerli imkanlar hesabına minaaxtaran itlərin hazırlanması ilə yanaşı partlayıcı madddələrin axtarışını həyata keçirən itləri də hazırlamağa başlayıb.

ANAMA və digər qurumların istifadəsi üçün nəzərdə tutulan itlər müxtəlif növ partlayıcı maddələri aşkarlaya və minatəmizləmə qruplarına kömək edə biləcək.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov "AzeriDefence”yə açıqlamasında bildirib ki, bu, Agentliyin qeyd olunan sahədə ilk işlərindəndir: "Hazırda Azərbaycan da daxil olmaqla, regionun əksər ölkələri mina və partlayıcı maddələrin axtarışını həyata keçirən itləri kənardan alır. ANAMA bir neçə ildir minaaxtaran itləri özü hazırlamağa başlayıb və yerli bazada öyrədilmiş itlər hazırda minatəmizləmə əməliyyatlarında iştirak edir. Bu itlər çox sayda minaları aşkarlayaraq əməkdaşlarımıza köməklik göstərib. Partlayıcı maddələrin axtarışı ilə məşğul olan itlər isə ilk dəfədir hazırlanır”.

Agentlik rəhbəri yaxın vaxtlarda hazırlanan ilk itlərin təlimlərinin keçiriləcəyini qeyd edib.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK