ANA SƏHİFƏ / HADİSƏ

Altı ay ərzində cəbhədə ermənilərə məxsus 4 PUA zərərsizləşdirilib

1327    |   2018-07-09 14:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cari ilin birinci yarısında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 4 pilotsuz uçuş aparatı Azərbaycan Ordusu tərəfindən məhv edilib.

"AzeriDefence”nin məlumatına görə, bunlardan ikisi X-55 ("Ptero-5E”) tipli taktik pilotsuz uçuş aparatı (PUA), digər ikisi isə multikopter sinfinə aid PUA olub.

X-55 tipli taktik PUA-lar Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən məhv edilib. Multikopterlər isə xüsusi vasitələrin tətbiqi ilə ələ keçirilib.

X-55 taktik PUA Rusiyanın "AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş "Ptero-5E” modelidir. Adıçəkilən PUA Ermənistan Ordusunun silahlanmasına 2013-cü ildə daxil edilib.

Müşahidələr göstərir ki, son aylar cəbhədə Azərbaycan Ordusunun dronlara qarşı xüsusi vasitələr tətbiq etməsi səbəbindən Ermənistan tərəfi PUA-lardan geniş istifadə edə bilmir.

Qeyd edək ki, 2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib. 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 22 (2015-ci ildə 12 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK