adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyul 2018 14:57
9151
MƏMLƏKƏT
A- A+

Ölkəyə gələnlər əmək vizası ala biləcək

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər də elektron qaydada əmək vizası ala biləcəklər.

Adalet.az xəbər verir ki, ASAN Viza sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub.

Artıq əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər.

Belə ki, viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir.

Artıq haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.