ANA SƏHİFƏ / İQTİSADİYYAT

Neft böhranı yaşanacaq

1939    |   2018-07-09 14:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya neft sənayesi tədarük böhranı ilə üz-üzə qala bilər.

Adalet.az xəbər verir ki, bunu "Faynənşıl Tayms” qəzetinə açıqlamasında "Saudi Aramko”nun rəhbəri Amin Naser deyib.

"Böyük neft şirkətləri slans nefti və hasilatı qısamüddətli perspektivdə artıracaq digər imkanlara diqqətlərini yönəldirlər. Artıq bu şirkətlər əvvəlki illərdə olduğu kimi uzunmüddətli meqalayihələrə maraq göstərmirlər. Qısa müddətli dövrdə hasilat üçün investisiya artımı kifayət etməyəcək. Slans neft hasilatı tipli layihələr neftə olan qlobal tələbatı 2040-cı ilə qədər azaltmayacaq.

Neft şirkətlərinin böyük pullar və zaman tələb edən layihələrə yatırım etmək arzusunun olmaması onu deməyə əsas verir ki, şirkətlər səhmdarların tələbatını təmin edə bilməyəcəklərindən qorxurlar. Hazırda "Ekson Mobil”, "Şevron” və "Şel” kimi böyük şirkətlər aktiv şəkildə ABŞ slans sektoruna yatırımlar edirlər. Bu isə onlara digər ənənəvi layihələrdən daha tez gəlir əldə etmələrinə imkan verir. Bununla belə, qlobal neft bazarı gələcəkdə də ənənəvi neft hasilatından asılı olacaq”, – deyə o bildirib.



İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK