Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | ƏSA Teatrı “Parisi partlatdı” Adalet.az | ƏSA Teatrı “Parisi partlatdı” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

ƏSA Teatrı “Parisi partlatdı”

10487    |   2018-07-09 14:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 7-də inklüziv ƏSA Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cümhuriyyətin yüz illiyinə həsr olunmuş, teatr sezonunun son premyerası olan "Paris partladı” tamaşasını təqdim edib.

Teatrın baş meneceri Nicat Qulamın sözlərinə görə, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesi əsasında quruluş verilən "Paris partladı” tamaşasının premyerası anşlaqla keçib və tamaşaçıların rəğbətini qazanıb. Tamaşaya maraq olduqca böyük idi və bunun bariz nümunəsi zalda boş yerlərin olmaması idi. Tamaşanın fərqli formada təqdimatı isə xüsusilə mədəniyyət və incəsənət xadimlərinin diqqətini cəlb edib.

Tamaşadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib daha sonra ƏSA Teatrının təsisçisi və rəhbəri, rejissor Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirdi: "Qızmar yay günlərində teatrımıza qarşı göstərdiyiniz diqqətə görə hər birinizə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Cümhuriyyət iliniz mübarək olsun!"

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşadakı rolları İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Niyaz İlyasoğlu, Günay Məmmədova, Elsevər Rəhimov, Coşqun Məmmədov, Gülnar Əlfidatlı, Fərid Əliyev və Elşən Əsgərov canlandırıb.




İmza:
SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK