ANA SƏHİFƏ / DÜNYA

İran Avropadakı pullarını geri çəkir

7061    |   2018-07-09 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəsmi Tehran Almaniyada bank hesablarındakı 300 milyon avronu geri çəkmək üçün Berlinə müraciət edib.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, Almaniya hökuməti hələlik İranın bu təklifini dəyərləndirir.

Tehran ehtiyat edir ki, ABŞ-ın ona qarşı maliyyə sanksiyaları qüvvəyə mindikdən sonra ölkədə nəğd pul çatışmazlığı yarana bilər.

İran bu səbəbdən Almaniyadakı "Europaeisch-Iranische Handelsbank AG”dəki pullarını geri çəkmək istəyir. Tehran Almaniya Maliyyə Nəzarəti Təşkilatına (BaFin) müraciətində bildirib ki, bank hesablarından geri götürəcəyi pullarla kredit kartlarının xaricdə tanınmaması səbəbindən başqa ölkələrə səhayət edən iranlıların nəğd pula olan ehtiyacları qarşılanacaq.

Hazırda BaFin İranın müraciətini nəzərdən keçirir və məsələ ilə bağlı Almaniya baş nazirinin ofisini, xarici və maliyyə nazirliklərini məlumatlandırıb.

"Reuters" isə xəbər verir ki, ABŞ və İsrailin kəşfiyyat orqanları İranın Avropadan geri çəkəcəyi pulların Yaxın Şərqdəki silahlı qrupların maliyyələşməsinə xərclənəcəyindən qorxurlar. Almaniya hökuməti isə bildirib ki, İranın bu cür plan qurduğuna dair əllərində sübut yoxdur.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. Vaşinqton hətta bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib.

Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. Maliyyə sanksiyalarının işə düşəcəyi təqdirdə isə, Tehranın mərkəzi bankı ABŞ və həmin sanksiyalara qoşulacaq ölkələrlə maliyyə əməliyyatları apara bilməyəcək. Lakin nüvə sazişinin üzvü olan Avropa ölkələri - Almaniya, Fransa və Böyük Britaniya İrana dəstəklə bağlı zəmanət veriblər.



İmza:
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK