ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALARDA QAYDALARI POZAN SÜRÜCÜLƏR SAXLANILDI

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə «Ədalət»in birgə reydi

3899    |   2018-07-09 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Havaların isti keçməsi sürücülərin də işini çətinə salıb. Yəni sürücülər bu cür isti havalarda sükan arxasında əyləşərkən əvvəlki vaxtlara nisbətən daha diqqətli olmalı, yol hərəkəti qaydalarına düzgün əməl etməlidilər. Heç kimə sirr deyil ki, isti havalarda avtomobilləri idarə etmək dəfələrlə çətinləşir. Və bəzən də kondisionersiz nəqliyyat vasitəsində sürücü bu cür kəskin istidə yuxulayır və qəzalar törədir.

Bütün bunların qarşının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı respublikanın avtomobil yollarında xidmət aparan bütün tağımlarda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vəzifəsini qarşıya qoyub. Başqa sözlə demiş olsaq, hər bir tağım anomal istilərin keçdiyi günlərdə daha gərgin rejimdə işləyir, baş verə biləcək hadisələrin qarşısının alınması üçün ciddi addımlar atılır. Belə ki, tağım əməkdaşları sutkanın 24 saatını iş başında olmaqla yanaşı, sürücülərin stasionar postlarda saxlanılmasını və maariflənməsini diqqət mərkəzində saxlayırlar.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda da xidmət aparan Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları sözün həqiqi mənasında isti iyul günlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəmirlər. Öncədən onu qeyd edək ki, 3-cü tağım Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrindən 143-cü kilometrinədək xidmət aparır. Bu tağımın digər tağımlardan fərqli cəhəti bir də ondan ibarətdir ki, qış vaxtı havaların qarlı və çovğunlu günlərində bu istiqamətdə hərəkətin təhlükəsizliyini təmin etmək nə qədər çətindirsə, bir o qədər də məsuliyyətlidir. Amma bu məsuliyyətin öhdəsindən onlar hava şəraitindən asılı olmayaraq, həmişə bacarıqla gəliblər.


Son vaxtlar bu istiqamətdə nəqliyyat vasitələrinin intensivliyi daha da artıb. Çünki istirahət zonalarında getmək istəyənlərin sayı təbii ki, qat-qat çoxalıb. Belə bir məqamda hərəkətin təhlükəsizliyini təmin etmək də hər bir yol polisindən yüksək məsuliyyət hissi tələb edir. Məhz bu məqsədlə 3-cü tağımda qabaqlayıcı tədbirlər həyata keçirilir. Öncə havaların isti keçməsilə əlaqədar olaraq tağımın hər iki stasionar postunda sürücülərin və sərnişinlərin dincəlməsi üçün şərait yaradılıb. Orda soyuq su balonlara doldurulub və xüsusi qurğuya yerləşdirilib. həmin quruğuya yaxınlaşan sürücü və yaxud sərnişin bu soyuq sudan doyunca istifadə eləyə bilər. Əlbəttə, stasionar postlarda belə bir əlverişli şəraitin təmin edilməsi ilk növbədə hərəkət iştirakçılarına isti günlərdə təhlükəsizliyi üçün yaradılıb. Biz reyddə olarkən bir neçə sürücünün gəlib o sudan içdiyini gördük. Üstəlik də onlar soyuq su ilə əl-üzlərini yudular, sonra da bu şəraiti yaradanlara Allah-Təaladan can sağlığı arzuladılar. Su ilə dolu qurğunun şəklini biz də lentə aldıq.

Havaların isti keçməsinə baxmayaraq, 3-cü tağımın əməkdaşları hətta günorta saatlarında belə avtomobil yolunda xidmət aparırdılar. Biz orda olanda havanın temperaturu 40 dərəcəni keçmişdi. Təbii ki, bu cür mürəkkəb anomal isti hava şəraitində xidmət edən yol polisi əməkdaşları təşəkkürə layiqdilər. Və onlar hər an, hər dəqiqə ona çalışırlar ki, qəzalar baş verməsin və hərəkət iştirakçıları evlərinə sağ-salamat çatsınlar.

Onu da qeyd edək ki, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu avtomobil yolu yenidən istifadəyə veriləndən sonra 8 yerdə yerüstü piyada keçidi inşa edilib. Bu isə o deməkdi ki, piyadaları gözləyən mövcud təhlükə həmin istiqamətdə tamamilə aradan qaldırılıb. Amma bir faktı da xatırladaqm ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun piyadaların yolun üstündən keçdiyi yerlərdə, 21-ci kilometrdə, 14-cü kilometrdə və 26-cı kilometrdə bir qayda olaraq yol polisi əməkdaşlarından ibarət naryadlar olur. Həmin yeri keçmək istəyən qoca və xəstə adamlara görə, avtomobillər yol polisi tərəfindən saxlanılıb və onlar təhlükəsiz yolun o biri səmtinə keçirlər.

Bununla yanaşı, avtomobil yolunun sərt döngələrində yol nişanları qoyulub və bu da sürücülərə çox böyük köməklik göstərir. Çünki sərt döngələrdə yol nişanları olmayanda, həmin yerlərə nabələd sürücülər qəza şəraiti ilə üzləşirlər.

Bu avtomobil yolunun 120 və 116-cı kilometrində bir çox halda qəzalar yaranır. Ona görə də həmin yerlərə də yol patrul xidməti əməkdaşları mütəmadi olaraq nəzarət edirlər.

3-cü tağımın komandiri, polis mayoru Mərdan Mehdiyev bizimlə söhbətində qeyd etdi ki, isti havalarla əlaqədar olaraq əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Bir qayda olaraq stasionar postlarda avtobus və mikroavtobus sürücüləri əməkdaşlarımız tərəfindən saxlanılır, onlar maarifləndirilir və yorğun olarkən postumuzdakı soyuq su ilə əl-üzlərini yuyurlar. Bu cür proflaktik tədbirlər baş verə biləcək qəzaların qarşısının alınmasında önəmli rol oynayır. Rəhbərlik də bizim qarşımızda əsas bir vəzifə qoyub: bu cür isti havalarda bütün qabaqlayıcı tədbirləri gerçəkləşdirmək! Məhz biz də bu cür maarifləndirici və xəbərdaredici hərəkətlərlə sürücülərə diqqətli olmağı tövsiyə edirik.

Reyd zamanı 3-cü tağımın əməkdaşlarından polis baş leytenantı Vüqar Ələkbərov, polis leytenantı Aydın İsayev, polsi baş serjantları Elnur Qurbanov, Fariz Hümmətov, Famil Əhmədov, Elgün Nəsibov yol hərəkəti qaydasını pozan sürücüləri məsuliyyətə cəlb etdilər, barələrində inzibati protokol tərtib olundu.


Bir daha keçirilən reyd onu göstərdi ki, Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları kəskin istilərin keçdiyi günlərdə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək qəzaların qarşısı alınıb, sürücülərin və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib. Bir daha 3-cü tağımın komandiri Mərdan Mehdiyev sürücülərə tövsiyə edir ki, isti hava şəraitində kondisioner sistemi olmayan avtomobillərdən sürücülər istifadə etməsinlər və eyni zamanda avtomobilin şinlərinin təyziqinə xüsusi diqqət yetirsinlər. Bu təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi birmənalı olaraq sürücülərin və sərnişinlərin mənzilbaşına sağ-salamat çatmasına şərait yaradır.

Reyddə iştirak edirdilər: Mərdan MEHDİYEV – Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru; Vüqar ƏLƏKBƏROV – 3-cü tağımın baş inspektoru, polis baş leytenantı; Aydın İsayev – 3-cü tağımın baş inspektoru, polis leytenantı; Elnur QURBANOV – 3-cü tağımın inspektoru, polis baş serjantı; Famil Əhmədov – 3-cü tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət» qəzetinin əməkdaşı.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK