adalet.az header logo
  • Bakı 18°C
09 Iyul 2018 14:27
5070
HADİSƏ
A- A+

Novxanıda maşınla vurulan piyada ölüb

İyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılıb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.