Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Sabah 41 dərəcə isti olacaq - Proqnoz Adalet.az | Sabah 41 dərəcə isti olacaq - Proqnoz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sabah 41 dərəcə isti olacaq - Proqnoz

3947    |   2018-07-09 14:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-26, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 10-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.



İmza:
SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK